BakıdaPolşa gecəsi

 

   Aprelin 20-də «Poloniya - Azərbaycan» Polşa İcmasının təşəbbüsü ilə «Polşa gecəsi» keçirildi. Gecəni icmanın təsisçisi Ofil İsmayılov açaraq bildirdi ki, tədbir 2 may - “Polşa milli bayrağı günü”nə həsr olunub: “Dünyanın hər yerində yaşayan polyaklar hər il bu tarixi həmrəylik günü kimi qeyd edirlər. Azərbaycanda da bizim cəmiyyətin təşəbbüsü ilə hər ilPolşa gecəsitəşkil olunur”.

   «Poloniya - Azərbaycan» Polşa İcmasının sədri Stanislava Mütəllimova bayram münasibətilə bütün dünyada yaşayan polyakları təbrik etdi.

   Polşanın himni - “Dombrovski Marşısəsləndirildikdən sonra böyük polyak bəstəkarlarına həsr olunmuş ədəbi musiqili təqdimat başlandı. Səbinə İsmayılova dünya şöhrətli Polşa bəstəkarı F.Şopenin həyat yaradıcılığı haqqında məlumat verdi. O, Alla Məmmədovanın fortepianoda müşayiəti ilə tanınmış bəstəkarın əsərlərindən parçalar səsləndirdi.

   Nailə Allahverənovanın (akkordeon) ifasında M.OginskininVətən ilə əlvidamelodiyası, icma üzvlərinin uşaqlarının ifasında Polşaya həsr olunmuş şeirlər tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

   Sonra gecənin qonaqları ürək sözlərini söylədilər. Polşa səfirliyinin konsulu Miroslav Vişnevski artıq 5 ildir Azərbaycanda fəaliyyət göstərdiyini bu müddətdə ilk dəfədir polyak bəstəkarların əsərlərindən ibarət konsert proqramında iştirak etdiyini bildirdi. Konsul bundan çox mütəəssir olduğunu qeyd edərək təşkilatçılara təşəkkür etdi.

   BakıdakıRinaymuzeyinin direktoru, professor Tofiq Qarayev hər bir xalqın öz mədəniyyəti ilə tanındığını, Polşa xalqının bu baxımdan xoşbəxt olduğunu dedi. Onun sözlərinə görə, Polşa dünya musiqi xəzinəsinə hələ yüz illər bundan sonra da sevə-sevə dinləniləcək görkəmli bəstəkarlar bəxş edib.

   Polşa səfirliyinin mədəniyyət attaşesi Alitsiya Tslisbı, polyak dili müəllimi Jakub Kupraç da çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirdilər. Musiqili gecə çayşirniyyat süfrəsi ilə yekunlaşdı.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 5.