Xalqın
qəlbində sonsuzadək yaşayacaq
Ulu
öndərin 90 illiyinə həsr olunmuş xatirə gecəsi
Aprelin 22-də Gənc
Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Nərimanov rayon mədəniyyət müəssisələrinin
ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş tədbiri keçirilib.
İştirakçılar əvvəlcə
Heydər Əliyevin Fəxri xiyabandakı məzarını
ziyarət edərək önünə əklil qoyublar. Sonra
teatrın foyesində ümummilli liderin həyat və fəaliyyətini
əks etdirən kitab sərgisinə baxış
keçirilib.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov,
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin rəisi Əlikram Əliyev, Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Fidumə Hüseynova, Nərimanov Rayon İcra Hakimiyyətinin
rəsmiləri, görkəmli incəsənət xadimləri
- Xalq artistləri Arif Babayev, Ramiz Quliyev, SSRİ Xalq artisti
Fidan Qasımova, mədəniyyət işçiləri,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar arasında TÜRKSOY-un xətti ilə Bakıya qonaq gəlmiş
Türkiyə, Qazaxıstan, Özbəkistandan olan nümayəndələr
də olub.
Tədbirdə əvvəlcə
dahi rəhbərin ömür yoluna həsr olunmuş film
nümayiş etdirilib. SSRİ Xalq artisti Fidan Qasımova, YAP Nərimanov
rayon təşkilatının sədri Təmraz
Tağıyev, əmək veteranı S.Qəhrəmanova və
digərləri çıxış edərək ulu öndərlə
bağlı xatirələrini söyləyiblər. Xatirə
gecəsində L. və M.Rostropoviçlər adına 21, Qara
Qarayev adına 8, Ə.Bədəlbəyli adına 23,
G.Şaroyev adına 35 və gözdən əlil uşaqlar
üçün 38 nömrəli 11 illik musiqi məktəblərinin
müəllim və şagird kollektivləri, II Respublika
muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova,
Əməkdar artistlər Yaqub Zurufçu, Anar
Şuşalı və başqaları çıxış
ediblər.
Sonda G.Şaroyev adına 35 nömrəli
11 illik musiqi məktəbinin xor kollektivinin ifasında “Heydər
babamız” musiqisi səsləndirilib.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 7.