İncəsənət
ustalarımız Misirdə
Aprelin 19-dan 25-dək Qahirədəki
“Səlahəddin” qəsr
kompleksinin səhnəsində
“The International Festival for Drums and Traditional Arts “The Drums Dialogue
for Peace” beynəlxalq zərb
alətləri və ənənəvi incəsənət
festivalı keçirilir.
Festivalda dünyanın 30-dan çox ölkəsindən,
o cümlədən Azərbaycandan
musiqiçilər iştirak
edirlər.
Solist Mehri Əsədullayev (kamança), Yasəf Eyvazov (ud), Rəşad
İlyasov (qanun), Tahir Haqverdiyev (tar), Ramin Həsənov (skripka) və Mühiddin Can Şimşəyin
(nağara) daxil olduğu xalq çalğı alətləri
ansamblı tamaşaçılara
koloritli Azərbaycan milli musiqisini təqdim edib. Fatimə Fətəliyevanın və
İlham Kərimlinin ifasında Azərbaycan xalq rəqsləri də çox uğurlu təsir bağışlayıb və
alqışlarla qarşılanıb.
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 8.