Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

 

   Aprelin 19-da Qazax Rayon Mərkəzi Kitabxanasında ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.

  

   Tədbirdə çıxış edən MKS-nin direktoru Solmaz Babanlı xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin fenomenal şəxsiyyət olaraq Azərbaycan dövlətçiliyinin tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Qeyd olunub ki, dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, müstəsna xidmətləri nəticəsində bu gün müstəqil Azərbaycan dünya dövlətləri sırasında layiqli yer tutur.

   Kitabxananın metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova “Azərbaycanın özü qədər əbədi” adlı məruzəsində ulu öndərin həyat və fəaliyyətindən söz açıb. Vurğulanıb ki, dərin düşüncəsi, uzaqgörənliyi, ensiklopedik bilik və bacarığı ilə zəmanəsinin dahi şəxsiyyəti olan Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın müstəqilliyinə, tərəqqisinə həsr edib.

   Məruzə ətrafında çıxış edən rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, müəllimlər Fatma Hacıyeva, Nərmin Yusifova, Afət Məmmədova və başqaları qüdrətli dövlət xadimi Heydər Əliyevin ölkəmizin mədəniyyət, elm və təhsilinin inkişafında silinməz iz qoyduğunu vurğulayıblar. Azərbaycanın ən yeni tarixinin qürur və şərəf hissi doğuran bütün səhifələrində ulu öndərin imzası var.

   Tədbirin sonunda iştirakçılar “Azərbaycanın özü qədər əbədi” başlıqda kitab, qəzet və jurnallardan ibarət sərgiyə baxıblar.

 

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 10.