Gənc
bəstəkar beynəlxalq müsabiqənin laureatı olub
Xəbər verdiyimiz kimi, aprelin
18-19-da Ukraynanın Nikolayev şəhərində “Penta TON”
beynəlxalq musiqi müsabiqəsi keçirilib. Ukrayna Milli Bəstəkarlar
İttifaqının vilayət bölməsi, Nikolayev Vilayət
Administrasiyasının Mədəniyyət İdarəsi və
digər qurumlar tərəfindən təşkil edilən
müsabiqədə ölkəmizi Bülbül adına orta
ixtisas musiqi məktəbinin 9-cu sinif şagirdi Əli Məmmədov
təmsil edirdi.
Gənc bəstəkar Taras
Şevçenkonun sözlərinə bəstələdiyi
“Romans”ı, habelə “Prelüdiya” və dörd hissədən
ibarət “Ukraynanın qırmızı piteri” adlı proqram
süitasını münsiflər heyətinin və dinləyicilərin
mühakiməsinə təqdim edib. Onun həmin əsərləri
fortepianoda böyük məharətlə ifa etməsi və
fitri istedadı layiqincə qiymətləndirilib. Əli Məmmədov
müsabiqədə ikinci yeri tutub və bəstəkarlıq
sənəti nominasiyasında laureat adını qazanıb.
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 11.