“Yaddaşın
vəhdəti”
O
taylı-bu taylı tariximizin 200 ilini əks etdirən elektron
xronoqraf hazırlanır
Bu il xalqımızın tarixində
daim sonsuz nisgillə anılan bir hadisənin - Azərbaycanın
Şimal və Cənuba bölünməsinin 200 ili tamam olur.
1813-cü ildə Gülüstan müqaviləsi ilə Azərbaycan
torpaqlarının Araz çayı boyunca çar Rusiyası
və İran (Qacarlar) dövləti arasında ikiyə
bölünməsi tariximizdə, xalqımızın
ictimai-siyasi, sosial, mədəni həyatında dərin izlər
qoyub. Ötən iki əsrdə Arazın o tayındakı
yurd yerlərimizdə nələr baş verib, orada mədəniyyətimiz,
ədəbiyyatımız necə inkişaf edib?
Təəssüf ki, bu gün biz Cənubi
Azərbaycan tarixini yetərincə bilmirik. Halbuki o tayda
qalmış tarixi-mədəni irsimiz, görkəmli şəxsiyyətlərimiz
barədə məlumatlı olmaq, bu tarixi öyrənmək və
dünyaya tanıtmaq borcumuzdur. Xalq öz tarixinin vəhdətini
hiss etdikdə onda özünəinam hissi artır. Yurd yerlərimiz
coğrafi baxımdan bölünmüş olsa da, tarixi
yaddaşımız bölünməzdir və biz onu
bütöv halda qəbul etməliyik.
“Effektiv Təşəbbüslər
Mərkəzi” İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə həyata keçirdiyi
"Yaddaşın vəhdəti: bölünməz tariximizin
200 ili" adlı layihə bu məqsədə xidmət edir.
“O taylı-bu taylı tariximiz:
1813-2013” adlı elektron xronoqraf Effektiv Təşəbbüslər
Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi
Şurasının yardımı ilə 2009-cu ildən həyata
keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən
qlobal dünyaya pəncərə” layihəsinin növbəti
mərhələsidir. Ötən müddətdə bu layihə
çərçivəsində "Bizim təqvim",
"Qarabağ tarixinin salnaməsi", "Qarabağ ədəbiyyatı",
"Mədəniyyət gündəliyi" elektron
topluları hazırlanaraq www.azerbaycanli.org saytında yerləşdirilib
və internet məkanında yayılıb.
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 12.