“Türk və dünya mədəniyyətində
Kahramanmaraş”
Aprelin 18-20-də Türkiyənin Kahramanmaraş şəhərində beynəlxalq simpozium keçirilib. “Türk və dünya mədəniyyətində Kahramanmaraş” adlı tədbirdə müxtəlif ölkələrdən 100-dən çox elm və sənət adamı iştirak edib, 70-ə yaxın məruzə dinlənilib, əl işlərindən ibarət sərgilər nümayiş olunub.
Simpoziumda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədr müavini Arzu Soltan “Ağsu arxeoloji turizm kompleksində sənətkarlar məhəlləsinin əhəmiyyəti” mövzusunda məruzə edib. Məruzə və Ağsu arxeoloji qazıntıları haqqında görüntülər iştirakçıların marağına səbəb olub.
Tədbir iştirakçıları Kahramanmaraşın tarixi abidələri, Arxeologiya muzeyi və s. məkanları ilə tanış olublar.
Ceyhun
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 12.