“Zərli tac kamallı başa yaraşır”

 

   Aprelin 25-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Zərli tac kamallı başa yaraşır” adlı ədəbi-bədii tədbir keçirilib. BDU ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, tanınmış alimlər, təhsil işçiləri, tələbələr iştirak ediblər.

   BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli liderin misilsiz tarixi xidmətlərindən söz açıb. Ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videofilm göstərilib.

   Xalq şairi Zəlimxan Yaqub, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin böyüklüyündən, dahiliyindən bəhs edərək onun ideyalarının əbədiyaşar olduğunu vurğulayıblar. Tədbir konsert proqramı ilə başa çatıb.

 

 

   Mədəniyyət.- 2013.- 26 aprel.- S. 2.