Bakıda müasir Latviya incəsənəti sərgisi

 

   Mərasimdə Latviya Prezidenti Andris Berzinş iştirak edib

  

   Ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil edilənMüasir Latviya incəsənətisərgisinin açılışında iştirak edib.

  

   Mərasimdə çıxış edən Latviya Prezidenti iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət incəsənət sahəsində inkişafda olan əlaqələri yüksək dəyərləndirib.

   Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov rəhbərlik etdiyi təhsil ocağında sərgilənən Latviya rəssamlarının əl işləri haqqında danışıb.

   Mədəniyyət turizm naziri Əbülfəs Qarayev sərginin əhəmiyyətindən danışaraq burada nümayiş olunan əsərlərin Latviya incəsənətinin ən gözəl nümunələri olduğunu vurğulayıb.

   Görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Latviya İncəsənət Akademiyası arasında mədəni əməkdaşlığa dair saziş imzalanıb.

   Latviya Prezidenti mərasimdə latış diasporunun nümayəndələri ilə görüşüb. Andris Berzinşə Azərbaycanda fəaliyyət göstərən latış cəmiyyətinin 1 nömrəli vəsiqəsi təqdim edilib.

   Sərgi ilə yaxından tanış olan ali qonağa nümayiş etdirilən əsərlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, sərgidə yer alan əsərlər Latviya incəsənətinin inkişafını özündə əks etdirməklə yanaşı, həm müasirliyi ilə diqqəti cəlb edir. Sərgilənən əl işləri əsasən şüşə, tekstil keramikadan ibarətdir.

   Latviya Prezidentinə məlumat verilib ki, toxuma, tikiş, ipək üzərində çap, hörmə işi, taxta qurğular digər sənət nümunələrinin hər birində rəssamların dünyaya baxışı fərdi yaradıcılıq xüsusiyyətləri əksini tapıb. Sərgidə latviyalı rəssamların 80-ə yaxın əl işi nümayiş etdirilib.

   Qonaqlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin rəsm əsərləri ilə tanış olublar.

 

 

    Mədəniyyət.- 2013.- 26 aprel.- S. 2.