Fransada “Azərbaycan günləri” davam edir
“Qafqazın mirvarisinin mədəni dəyərləri”
layihəsinin növbəti
tədbiri Bordo şəhərində keçiriləcək
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin
dəstəyi ilə gerçəkləşən “Qafqazın
mirvarisi olan Azərbaycanın mədəni
dəyərləri” layihəsi
çərçivəsində “Azərbaycan günləri”
davam edir.
Ötən ilin oktyabrından
ölkəmizi Fransanın
regionlarında yaxından
tanıtmaq məqsədilə
həyata keçirilən
layihənin növbəti
tədbiri aprelin
27-29-da Bordo şəhərində
təşkil olunacaq.
Bordo “Azərbaycan günləri”nin keçiriləcəyi 11-ci şəhər
olacaq.
Bununla əlaqədar səfirlik
şəhərdə geniş
reklam işləri aparır. Yerli radioda Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi,
Şərq ilə Qərb arasında körpü rolu oynaması, qədim tarixi və zəngin mədəniyyəti,
Bordoda təşkil olunacaq sərgi və konsert, habelə xalqımıza məxsus muğam, onun UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi
mədəni irs siyahısına daxil edilməsi barədə vaxtaşırı məlumatlar
səsləndirilir.
“Azərbaycan günləri”ni əks etdirən afişalar artıq ictimai nəqliyyat vasitələrində və
şəhərin görməli
yerlərində asılıb.
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 3.