Ankarada ulu öndərin
yubileyinə həsr olunmuş fotosərgi
Azərbaycanın Türkiyədəki səfirliyinin ulu öndərin anadan olmasının 90 illiyi münasibətilə hazırladığı silsilə tədbirlər çərçivəsində Ankaranın Müasir İncəsənət Mərkəzində “Heydər Əliyev və Türkiyə” adlı fotosərgi təşkil edilib.
Çankaya bələdiyyəsi ilə birlikdə təşkil olunan tədbirdə Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmet Sezgin, keçmiş səhiyyə naziri Halil Şıvqın, millət vəkilləri, Xarici İşlər Nazirliyinin rəsmiləri, Ankarada akkreditə olunmuş diplomatlar, elm və incəsənət adamları, diasporumuzun nümayəndələri iştirak ediblər.
Səfir Faiq Bağırov çıxış edərək ümummilli liderin zəngin həyat yolundan, dövlətçiliyimizin xilası və möhkəmləndirilməsi istiqamətində atdığı tarixi addımlardan, Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilməsi sahəsində səylərindən konkret faktlarla bəhs edib.
Çankaya bələdiyyəsinin sədri Bülent Tanık Ankaranın tədbirin ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin göstəricisi olduğunu söyləyib.
Sərgi aprelin 30-dək davam edəcək.
Mədəniyyət.- 2013.- 26 aprel.-
S. 3.