Müasirlərlə dialoq

 

    Tanınmış yazıçı-publisist ulu öndərlə bağlı xatirələrini bölüşdü

  

   Aprelin 25-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova ilə görüş keçirilib.

  

   Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə açaraq “Müasirlərlə dialoq” layihəsi çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Budəfəki tədbirin qonağı barədə danışan Firəngiz Əlizadə bildirib ki, Elmira Axundova Azərbaycan mətbuatında öz dəst-xətti ilə seçilən yazıçı-publisist, peşəkar jurnalistdir: “Elmira xanım çox dinamik həyat yaşayan ictimai xadimlərimizdən biridir. Jurnalist-publisist olmaqla yanaşı, respublikamızın sosial həyatında fəal iştirak edir. Eyni zamanda Heydər Əliyev haqqında yazılmış dəyərli kitabların müəllifidir. Bu gün Bəstəkarlar İttifaqının kitabxanasına hədiyyə edilənHeydər Əliyev: Şəxsiyyət zamançoxcildliyi siyasətçilərin masaüstü kitabıdır. Kitabı oxuyarkən ulu öndərin həyatından maraqlı, geniş kütlənin bilmədiyi faktlara rast gəlirik. Elmira xanım uzun illər ulu öndər Heydər Əliyevi bir çox səfərləri zamanı müşayiət edib. Kitabda ulu öndərlə bağlı söylənilən fikirlər hər bir azərbaycanlının qəlbindən keçsə , bunu qələmə almaq istedadı ona nəsib olmuşdur”.

   Sonra söz qonağa verildi. Elmira AxundovaHeydər Əliyev: Şəxsiyyət zamanaltıcildliyinin yazılma tarixindən danışaraq, ümummilli lider haqqında məlum olmayan faktların bu kitab vasitəsilə oxuculara çatdırıldığını qeyd etdi. Kitabın məziyyətlərindən, ulu öndərin siyasi fəaliyyətindən, onunla bağlı xatirələrindən söhbət açan millət vəkili dahi rəhbərin səfərləri zamanı baş verən maraqlı hadisələrdən, Heydər Əliyevin mədəniyyət xadimlərinə qarşı diqqət qayğısından söz açdı. Qeyd etdi ki, ulu öndər xarici ölkələrə səfərləri zamanı həmişə mətbuat nümayəndələrinə böyük diqqət yetirib. O, iti zehni, xüsusi natiqlik qabiliyyəti bacarığı ilə dünya siyasətçiləri içərisində xüsusilə seçilib.

   Xatirələr dinlənildikdən sonra qonaqla söhbət diskussiya şəklində davam etdi.

  

 

   Lalə Azəri

 

    Mədəniyyət.- 2013.- 26 aprel.- S. 4.