Tanınmış tarzənin yubileyi qeyd edilib

 

   Gəncədə tanınmış tarzən, Əməkdar artist, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin 65 illik yubileyi qeyd edilib.

  

   Gəncə Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan incəsənətinə, musiqimizə əvəzsiz xidmətlər göstərən Fikrət Verdiyevin həyat və fəaliyyətindən danışıb, tarzənin 90-cı illərin əvvəllərində yaratdığı və uzun illər rəhbərlik etdiyiGöygöl” ansamblının uğurlarından söhbət açıb.

   AMEA Gəncə Bölməsinin direktoru Fuad Əliyev, Ağdam Dram Teatrının direktoru Fəxrəddin Hacıbəyli, Gəncə Dram Teatrının direktoru Əli Qasımov, Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Telman Əliyev, tanınmış müğənni Teymur Əmrah, tarzənin sənət dostu Tofiq Seyidov, görkəmli muğam ustası Xan Şuşinskinin oğlu Aslan Cavanşirov və başqaları çıxış edərək onlarla müğənninin yetişməsində əməyi olan, xarici ölkələrdə uğurlu çıxışlar edən “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyətindən danışıblar.

   Tanınmış ifaçılar Zakir Əliyev, Anar QuliyevSevinc Sarıyeva yubilyarı musiqi ilə təbrik ediblər. Gecədə vaxtilə “Göygöl” ansamblının solisti olmuş mərhum sənətkar Rövşən Behcətə həsr olunmuş sənədli film nümayiş etdirilib.

   Sonda yubilyar Fikrət Verdiyev çıxış edərək Azərbaycan muğamlarının inkişafına və təbliğinə daim qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

 

 

   Mədəniyyət.- 2013.- 26 aprel.- S. 5.