Xalqın qəlbində yaşayır

 

   Ulu öndərə həsr olunmuş ədəbi-bədii gecə

  

   Aprelin 24-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

   Əvvəlcə qonaqlar teatrın foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar. Sonra ulu öndərin həyatına, dövlətçilik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

   Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək dahi rəhbərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsində tarixi xidmətlərindən, dövlətçilik fəaliyyətindən söz açıblar.

   Ədəbi-bədii gecədə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, 33 nömrəli uşaq və 15 nömrəli 11 illik musiqi məktəblərinin müəllim və şagird kollektivlərinin ifasında musiqili-ədəbi kompozisiya təqdim olunub.

 

 

   Mədəniyyət.- 2013.- 26 aprel.- S. 6.