Almatı sərgisində stendimiz maraq doğurub
Aprelin 24-də Qazaxıstanın Almatı şəhərində
“KİTF-2013” beynəlxalq turizm
sərgisi işə başlayıb. Sərginin təşkilatçıları
Qazaxıstanın Sənaye
və Müasir Texnologiyalar Nazirliyinin Turizm Komitəsi, Almatı şəhərinin
rəhbərliyi və
Böyük Britaniyanın
“ITE Group Plc” şirkətidir.
Dünya Turizm Təşkilatı
sərgiyə rəsmi
dəstək verir.
Ölkəmizin Mədəniyyət
və Turizm Nazirliyi səviyyəsində
ilk dəfə təmsil
olunduğu sərgidə
turizm imkanlarımız
36 kvadratmetr sahədə
nümayiş etdirilir.
Tədbirdə
nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti iştirak edir.
Nümayəndə
heyətinə «Millennium Tourism & Congress
DMC» və "Qafqaz
Travel" turizm şirkətləri,
«Divan Exspress», «Jumeirah
Bilgah Beach Hotel» və
«Çinar Hotel & SPA Naftalan»
hotellərinin əməkdaşları
da daxildir.
Stendimizə baş çəkən qonaqlara Azərbaycanın turizm imkanları haqqında məlumat verilir, ziyarətçilərə
25-30 adda ingilis və rus dillərində
reklam-çap məhsulları
təqdim edilir. Bu il 13-cü dəfə gerçəkləşən
"KİTF" sərgisinə 43 ölkədən 550 şirkət
qatılıb. Sərginin
coğrafiyası Avstraliyadan
Braziliyaya, Böyük
Britaniyadan Misirə, Türkiyədən İndoneziyayadək
geniş ərazini əhatə edir.
Müalicə turizmi “KİTF-2013”ün prioritet
mövzularından olduğu
üçün bəzi
ölkələr məxsusi
tibbi klinikaların nümayişinə daha çox yer verib. Sərgidə müalicəvi turizm imkanlarını təqdim
edən 19 turizm şirkəti sırasında
Azərbaycanın «Çinar
Hotel & SPA Naftalan» hoteli
də var. "Millennium Tourism & Congress
DMC" və "Qafqaz
Travel" şirkətlərinin nümayəndələri stendimizin
ziyarətçilərini Azərbaycanın
təbii gözəllikləri
ilə tanış edir, memarlıq abidələrimiz, dadlı
mətbəximiz, ölkəmizin
qədim tarixi və zəngin təbiətinin müalicəvi
xüsusiyyətləri barədə
ətraflı məlumat
verirlər. “Divan Exspress”
və “Jumeirah Bilgah Beach Hotel”in stendlərində isə ziyarətçilər Bakıya
turist kimi səfər edəcəkləri
halda nə qədər gözəl və komfortlu bir istirahət keçirəcəkləri barədə
məlumatlar alırlar.
Sərginin ilk günündən stendimiz
ziyarətçilərin böyük
marağına səbəb
olub. Azərbaycanın
stendində nazirliyin və şirkətlərimizin
nümayəndələri biznes
görüşləri keçirir,
müxtəlif ölkələrin
nümayəndələri ilə
təcrübə mübadiləsi
aparır, ölkəmizə
yeni turistlər cəlb etməyə çalışır.
“KİTF-2013” beynəlxalq
turizm sərgisi aprelin 26-da başa çatacaq.
Zöhrə
Əliyeva
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 9.