“Hamımız bir günəşin zərrəsiyik”

 

   Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Cəfər Cabbarlı adına Mərkəzi kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illiyinə həsr olunmuş “Hamımız bir günəşin zərrəsiyik” adlı ədəbi-bədii gecə keçirildi. Ziyalıların, mədəniyyət, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi gecənin əvvəlində akademikin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.

   Çıxış edənlər Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışdılar. Bildirildi ki, Zərifə xanım istedadlı alim, fəal ictimai xadim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana idi. Ömürlərə sevinc, gözlərə nur bəxş edən Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Çünki o, şəfqətli əlləri ilə insanlara nur, işıq bəxş edirdi. Bu işıq həmişə bizimlədir, onun ziyası qəlbimizə xoş bir ovqat bəxş edir.

   Tədbirdə akademik Zərifə xanım Əliyeva haqqında kövrək xatirələr, kövrək misralar dinlənildi.

  

 

   Gülnar Mahalova

 

   Mədəniyyət.- 2013.- 26 aprel.- S. 10.