“Böyük xalqın böyük
övladı”
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Böyük xalqın böyük övladı” mövzusunda bədii qiraət, musiqi və bilik yarışması keçirilib.
Lənkəran bələdiyyəsinin təşkilati dəstəyi ilə 10 məktəb komandası arasında keçirilən müsabiqədə komandalar ümummilli liderə həsr olunmuş şeirləri kompozisiya şəklində ifa ediblər.
Bədii qiraət yarışmasında Lənkəran şəhərindəki 4, 6 və 3 nömrəli məktəblər ilk üç yeri bölüşdürüb. Musiqi yarışmasında da 4, 6 və 3 nömrəli məktəblər qalib gəlib.
Ümumi
komanda yarışmasında şəhər
10 nömrəli məktəbin komandası 1-ci, 3 nömrəli
məktəb 2-ci, şəhər 7 və 6 nömrəli məktəblərin
komandaları isə 3-cü yerləri tutublar.
Fərqlənən komandalar mayın 6-da Mədəniyyət
mərkəzində ümummilli liderin 90 illik yubileyinə
həsr olunmuş yubiley
konsertində çıxış edəcəklər.
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 10.