Aşıq
Valehin həyat eşqi,
sənət dünyası
Aşıq yaradıcılığı bütün zamanlarda bənzərsiz ənənələri ilə insanlarda dərin maraq doğurub. Bu sənətin görkəmli nümayəndələrindən biri də sorağı Qarabağın hüdudlarını aşan və adı, şöhrəti xalqın yaddaşında əbədiləşən Aşıq Valehdir.
Yaradıcılığı ustad sənətkarlar tərəfindən yüksək dəyərləndirilən, adı uzaq-yaxın ölkələrdə hörmətlə anılan Aşıq Valeh 1729-cu (bəzi mənbələrdə 1722) ildə Ağdamın Abdal Gülablı kəndində dünyaya göz açıb. Əsl adı Səfi, atasının adı Məhəmməd olub. Erkən yaşında atası onu Molla Mahmudun yanına aparır. Oğluna elmin əsaslarını öyrətməsini xahiş edir. Səfi yeddi il ondan dərs alır, ərəb, fars dillərini, Quranı mükəmməl öyrənsə də, molla olmaqdan imtina edir. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından Aşıq Səmədin yanına gedir və onun şəyirdi olur.
Aşıq Səməd Valehin saza-sözə olan hədsiz həvəsini görüb, onun parlaq gələcəyinə inanır. Məhz buna görə aşıqlıq sənətinin ən incə sirlərini öyrətməkdən usanmır, öz istedadlı şagirdini böyük məclislərə aparır, sınaqlardan keçirir. Hətta deyilənə görə, “Valeh” təxəllüsünü də ona ustadı Aşıq Səməd verib. Belə ki, o, gənc yaşlarında gözəl bir qıza aşiq-valeh olur və bundan sonra ustadı ona bu təxəllüsü verir. Bununla belə, Səfinin həmin qızla ailə qurub-qurmaması barədə araşdırmalarda elə bir səhih məlumat yoxdur. Bu barədə ancaq aşığın bizə gəlib çatan “Vücudnamə”sində söz açılır. Aşıq Valeh orada həyatının uşaqlıq və gənclik illəri, məktəbdə oxuması, on beş yaşından eşqə düşməsi, ailə qurması, gəzdiyi yerlər və görüşdüyü şəxslər haqqında danışır.
Akademik Həmid Araslı bununla bağlı qeyd edib ki, alim- tədqiqatçılarımızın yeri gələndə öz fikirlərinin təsdiqində şair-aşıqlar tərəfindən yaradılan “Vücudnamə”lərə istinad etməsi məqsədəuyğundur. Aşıq Valeh orada özü haqqında deyir:
Səkkizdə, doqquzda Quranı seçdim,
On yaşında
yaxşı-yamanı seçdim.
On birimdə
Quran kitabı seçdim,
On beşimdə
sərim doldu sevdaya.
Yaxud:
Valeh ləqəbimdir, Səfidir
adım,
Allahı sevənlər, budur muradım...
Onu da qeyd edək
ki, akademik Həmid Araslı, folklorşünas Əhliman
Axundov, professorlar Məmmədhüseyn Təhmasib,
Vaqif Vəliyev, Paşa Əfəndiyev və başqa alimlərimizin Aşıq
Valehin yaradıcılığı
haqqında dəyərli
fikirləri var.
Məlumdur ki, XVIII əsrdə
aşıq poeziyasının,
aşıq şeirinin
yazılı ədəbiyyata
təsiri böyük
olub. Göründüyü kimi, Valehin yaradıcılığı da
məhz bu dövrə təsadüf
edib. Yazıb-yaradan şairlərlə aşıq-şairlər arasında
da müəyyən yaxınlıq, dostluq olub. Onlar hətta deyişib,
bir-birilərinə nəzmlə
məktub göndəriblər.
Bu zaman Aşıq
Valehin sıx əlaqə saxladığı,
yaradıcılıq söhbətləri
apardığı sənətkarlardan
biri də Molla Pənah Vaqif (1717-1797) idi. Bu, Valehin şeirlərində
tam aydın görünür.
1807-ci ildə aşığın
yazdığı şeirdə
deyilir:
Ustad Səməd sənətdə
bir dağ idi,
Kələntərli Alı fəndli
bağ idi.
On il
əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar
ustadı var.
Buradan da Aşıq Valehin M.P.Vaqifə səmimi münasibəti aydın hiss olunur. Digər əsərlərindən
də məlum olur ki, Valeh
Qarabağda xalqı incidən zülmkarlardan xanlığın baş vəziri Vaqifə bir neçə dəfə müraciət
edib:
Molla Pənah, ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlığı
axtaran biçarə kəslər
Həmdəm olub yenə
ahu-zarə, bil.
Aşıq Valehin dövrünün
digər şair və aşıqları ilə də görüşləri, deyişmələri
çox olub. Onun Aşıq Cəlalla, ustadı Səmədlə, Aşıq
Feyruzla, Məsum Əfəndi ilə, Aşıq Qənbərlə
deyişmələri, şair
Abdulla Canızadə ilə
məktublaşması mənbələrdə
öz əksini tapıb. Bu da
onun xalq arasında böyük nüfuz sahibi, istedadlı şair-aşıq,
olduğunu göstərir.
Gənc yaşlarından ustad sənətkar kimi tanınan Valehin səsi-sorağı
Qarabağın hüdudlarından
kənarda da eşidilir. Bir neçə il
müstəqil aşıqlıq
etdikdən sonra özünə şəyird
götürüb öyrədir.
Sələflərindən gələn ustad-şagird
ənənəsini davam
etdirir, müasirləri
olan Aşıq Qənbərin, Aşıq
Cəlalın, Aşıq
Əhmədin və başqalarının bir sənətkar kimi formalaşmasında böyük
əmək sərf edir. Lakin sənətin sirlərinə
tam yiyələnməyən şəyirdi Səməd
ondan çox tez ayrılır. Azad aşıqlıq etmək fikrinə düşür, Dərbəndə
qədər gedib çıxır. Zərniyar xanımla
deyişir və məğlub olur. Xanım aşıq Səməddən ustadının
adını soruşur,
ondan Valehin ünvanını alır
və ustada açıq məktub yazır, Dağıstana -
özü ilə deyişməyə dəvət
edir:
Bir neçə aşığı
eyləmişəm bənd,
Ayağında
zəncir, boynunda kəmənd,
Adım Zərniyardır, məkanım
Dərbənd,
Məni anar olsan, bu
məkana gəl!
Məktubu alıb oxuduqdan
sonra Valeh Dağıstana yola çıxır, gəlib
Dərbənd şəhərinə
yetişir. Zərniyar xanımla
görüşür-deyişir, onu bağlayır və zindana saldığı aşıqları
azad edir. Zərniyar xanımla ailə qurmaq fikrinə düşür. O zaman
Valehin 25, Zərniyar xanımın təxminən
18-19 yaşı olur. Deyilənə görə, bu
xanım 1730-cu ildə
Dərbənddə dünyaya
gəlib. Erkən çağlardan
şeirə, sənətə,
saza böyük həvəs göstərib.
Buna görə də əhd edir ki, şair-aşıqlıqda
onu bağlayana ərə gedəcək.
Çox
aşıqlar onu bağlamaq fikrinə düşür. Buna cəhd etsələr də, məğlub olurlar. Nəhayət, Valeh onu bağlayır və onunla evlənir. Zərniyarı da götürüb
Abdal Gülablıya gəlir. Ömürlərinin
sonuna qədər bir-birilərinə sadiq həyat sürürlər...
Aşıq Valeh 1822-ci ildə Şuşa şəhərində
vəfat edib. Zərniyar xanım isə 1840-cı ildə dünyasını
dəyişir, Abdal Gülablıda dəfn olunur. Məzarının
başdaşında bu
bənd həkk olunur:
Vəfai-eşqdə
düz ilqar mənəm,
Sadiqi-aşiqə vəfadar mənəm.
Məkani Dərbəndəm, övrəti
Valeh,
Sorağı dastanlı Zərniyar
mənəm.
Ümumiyyətlə, istər deyişmələrindəki
qoşmalardan, istərsə
də ayrı-ayrı
şeirlərindən məlum
olur ki, Zərniyar xanım dərin kamal sahibi, mütərəqqi fikirli bir ziyalı
qadın olub. Təəssüf ki, onun tərcümeyi-halı
və yaradıcılığı
geniş araşdırılmayıb...
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 26 aprel.- S. 15.