Ölkəmiz
beynəlxalq “Alaniya” simpoziumunda
təmsil olunur
Avqustun 1-dən Vladiqafqazda VII Beynəlxalq
“Alaniya” simpoziumu başlanıb.
Simpozium Rusiya Federasiyasının Mədəniyyət və Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət və Kütləvi Kommunikasiya nazirliklərinin birgə dəstəyi ilə təşkil edilib. İtaliya, Türkiyə, Almaniya, İsrail, Serbiya, Xorvatiya, Böyük Britaniya, Gürcüstan, Azərbaycan, Dağıstan, Şimali Osetiya-Alaniyadan olan 20 iştirakçı 15 gün ərzində müasir incəsənət sahəsində layihələrini reallaşdıracaq.
Bu il
simpoziumun proqramı çox zəngindir. Tədbir çərçivəsində Şimali Qafqazın gənc rəssamlarının
ikinci forumu keçiriləcək. Gənc
rəssamlar bir-birlərinin
işləri ilə tanış olmaq, ustadlardan məsləhət almaq, onların fikirlərini öyrənmək, müasir
incəsənət haqqında
mühazirələri dinləmək
imkanı əldə edəcəklər.
VII Beynəlxalq “Alaniya” simpoziumu avqustun 15-dək davam edəcək.
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 2.