Azərbaycanlı
rəqqasə Türkiyədə incəsənət
düşərgəsində
Türkiyənin Balıkəsir bölgəsində təşkil edilən beynəlxalq ritm və incəsənət düşərgəsində Azərbaycandan da nümayəndə heyəti iştirak edir. Artıq dördüncü dəfə gerçəkləşən layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gələn xalqların milli musiqi ənənələrini və rəqslərini qarşılıqlı şəkildə paylaşmaq və tədris etməkdir.
İyulun
27-də açılan budəfəki düşərgədə
iştirak edən azərbaycanlı rəqqasə
Nigar Sultanova
dünyanın müxtəlif ölkələrindən gəlmiş
musiqiçilərə Azərbaycan rəqslərini tədris edir. Düşərgə avqustun
12-də açıq havada veriləcək
konsertlə başa çatacaq.
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 5.