Ulu öndərin yubileyinə həsr
olunmuş diskin təqdimatı
İyulun 31-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Buta” diskinin təqdimatı keçirilib. Disk Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə bildirilib ki, layihənin əsas
məqsədi Azərbaycan klassik musiqisinin gənc ifaçılarına dəstək
göstərmək, onların vasitəsilə ölkəmizdən
kənarda musiqimizi təbliğ etməkdir.
“Buta” diskində BMA-nın tələbələrinin
ifasında Azərbaycan klassik musiqisinin inciləri toplanıb. Musiqilər
arasında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Niyazinin, Emin Sabitoğlunun və digər görkəmli bəstəkarlarımızın
əsərləri, həmçinin “Getdi yar” xalq mahnısı yer alıb. On bir musiqinin yer
aldığı disk 1000 nüsxə tirajla buraxılıb.
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 9.