Heydər Əliyev Azərbaycan dili

 

   1 avqust - Azərbaycan Əlifbası Azərbaycan Dili Günü münasibətilə Zaqatala Rayon Mərkəzi KitabxanasındaHeydər Əliyev Azərbaycan dilimövzusunda elmi-praktik konfrans keçirilib. Təhsil mədəniyyət işçilərinin, ziyalıların iştirak etdikləri tədbirdə qeyd olunub ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, millətin, xalqın mənəviyyatının aynasıdır. Xalqımızın bütün tarixi boyu acılı-şirinli günləri, qəhrəmanlıq səhifələri, duyğuları bayatılarda, nəğmələrdə, müdrik kəlamlarda, yazılı şifahi xalq ədəbiyyatında məhz ana dili vasitəsilə ifadə edilib, mənəvi sərvətimizə çevrilərək dünyaya yayılıb.

   Konfransda çıxış edənlər Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Bildirilib ki, ulu öndərin 2001-ci il 9 avqust tarixli fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası Azərbaycan Dili Günü kimi qeyd olunur. Bildirilib ki, milli sərvətimizə dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

   Tədbirdə “Ana dili mənəvi birliyimizdir”, “Azərbaycan dili və azərbaycançılıq”, “Dövlət dilinə hörmət hər kəsin borcudur” və digər mövzularda çıxışlar olub. Sonda uşaq kitabxanasının balaca oxucuları ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2013.- 2 avqust.- S. 12.