“Dünyanı qoruyaq”
Art festival çərçivəsində
növbəti layihə
“YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən “PARTICIPATE” Baku Public Art” festivalı çərçivəsində növbəti layihə - Əməkdar incəsənət xadimi, rəssam və kurator Səbinə Şıxlinskayanın “Dünyanı qoruyaq” layihəsi təqdim edilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində təqdim edilmiş özünəməxsus üsluba malik və al-əlvan rənglənmiş avtobus Səbinə Şıxlinskaya və Emil Məcnunovun yaradıcılıq tandemi ilə hazırlanıb.
Səbinə
Şıxlinskaya “Dünyanı qoruyaq” əsərində
qlobal problemlərə toxunur.
Ətraf mühitin problemlərinə
insanların diqqətini cəlb etməyə cəhd edən
layihə rəhbəri qeyri-adi
yaradıcılıq eksperimenti keçirmək
qərarına gəlib. O, zibil konteyneri əvəzinə yoldan
keçənlərə özünəməxsus üsluba malik və al-əlvan
rənglənmiş, kuklalar yerləşdirilmiş
avtobus təklif edib. Oradan keçən istənilən adam əlindəki boş plastik qabı konteynerə atmaqla
doğma şəhərdə təmizlik
və səliqə-sahmana öz
“payı”nı vermiş olar.
Təqdim olunan avtobus
yaxın günlərdə Azərbaycanın bir
neçə rayonuna gedəcək.
Mədəniyyət.- 2013.- 2
avqust.- S. 15.