V Qəbələ Beynəlxalq Musiqi Festivalı tarixə qovuşdu

 

   Heydər Əliyev Fondunun möhtəşəm layihəsi mədəniyyətlərarası dialoqa və sənət ünsiyyətinə növbəti töhfə oldu

  

   Avqustun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı.   

   İyulun 24-dən etibarən, iki həftə ərzində Azərbaycanın və 10-dan çox ölkənin tanınmış ifaçı və kollektivlərini, dirijor və solistlərini bir araya gətirən festival mədəniyyətlərarası dialoqa və sənət ünsiyyətinə növbəti töhfə oldu. Dünya klassik musiqi incilərinin və zəngin Azərbaycan musiqisinin eyni səhnədə səsləndiyi konsert proqramları iştirakçı və dinləyicilərə uzun zaman xatırlanacaq musiqi bayramı bəxş etdi.

   ­ Avqustun 6-da, festivalın son günü sənətsevərlərə kamera musiqisi axşamı təqdim edilib. Konsertdə Brüssel Kamera Orkestrinin baş dirijoru, “Arriaqasimli kvartetinin və “Michael Guttman Tango Quartet­”in rəhbəri, dünya şöhrətli belçikalı skripka ifaçısı Mixayıl QutmanMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə məşhur bəstəkar Frans Pulenkin skripkapiano üçün sonatasını ifa ediblər.

   Daha sonra nüfuzlu festivalların iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, tanınmış rusiyalı pianoçu Evelin Berezovskinin ifasında görkəmli bəstəkar Robert Şumanın “Davidsbundler rəqsləri” səsləndirilib.

   Kamera musiqisi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və skripkaçı Mixayıl Qutmanın ifalarında təqdim olunan Qara Qarayevin skripkapiano üçün sonatası da tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

 

Mədəniyyət.- 2013.- 7 avqust.- S. 2.