“Mən Azərbaycanlıyam”
Milli-mədəni irsimizin təbliğinə
həsr olunan müsabiqənin növbəti
qalibəri təltif edilib
Avqustun 6-da Rabitə və
İnformasiya Texnologiyaları
Nazirliyində “Mən
Azərbaycanlıyam” online bilik
yarışmasının iyul
ayı üzrə qalibləri mükafatlandırılıb.
İyul ayında yarışma
iştirakçıları arasında 3 nəfər qalib seçilib. Birinci yeri tutan
Elnur Məmmədzadə
“İphone” mobil telefonuna və mini “İphad” planşetinə,
2-ci yeri tutan Vüsal İsgəndərov
“İphone” mobil telefonuna, 3-cü yeri tutan Ceyhun Cariyev
isə mini “İphad” planşetinə sahib olub.
Tədbirdə qeyd olunub ki, iki ay ərzində
yarışmaya qoşulanların
sayı 30 minə çatıb. Bildirilib ki,
yarışma dekabrın
1-dək davam edəcək
və hər 10 gündən bir qaliblərin mükafatlandırma
mərasimi, dekabrın
ilk həftəsi isə
superfinal keçiriləcək.
“Mən
Azərbaycanlıyam” online bilik
yarışması ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə
həsr olunmuş və “İnformasiya-kommunikasiya
texnologiyaları ili” çərçivəsində reallaşdırılır. Yarışmanın məqsədi milli-mədəni
irsimizin təbliği,
bu sahədə marağın və biliklərin artırılması,
vətənpərvərlik hisslərinin yüksəldilməsidir.
Yarışmaya oyunun rəsmi
saytı (www.azerbaycanliyam.az)
vasitəsilə qoşulmaq
olar.
Mədəniyyət.- 2013.- 7
avqust.- S. 3.