“İlin gənc kinematoqrafı”
Avqustun 3-də
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında “İlin gənc kinematoqrafı” milli mükafatı sahiblərinə
təqdim edilib.
Tədbir Gənclər və
İdman Nazirliyi, “Cinema”
Gənc Kinematoqrafçılar
Mərkəzi və Bakı Film İnstitutunun dəstəyi ilə reallaşıb. Mükafatın qalibləri 2012-2013-cü illərdə
istehsal olun-muş qısametrajlı bədii,
sənədli və animasiya filmləri müsabiqəsinin nəticəsinə
əsasən müəyyən
edilib.
Təqdimat mərasimindən əvvəl
Mədəniyyət və
Turizm Nazirliyinin sektor müdiri Yusif Şey-xov, “Cinema” Gənc Kinematoqrafçılar
Mərkəzinin rəhbəri
Fehruz Şamıyev və digər çıxış edənlər
müsabiqənin əhəmiyyətindən
danışıblar. Bildirilib ki,
məqsəd peşəkar
və həvəskar gənc rejissorların filmlərini üzə çıxarmaq, onların
təcrübəli kino
xadimləri ilə ünsiyyətinə nail ol-maq,
gələcək yaradıcılığa
həvəsləndirməkdir.
Müsabiqəyə gənclər tərəfindən
26 bədii, 10 sənədli,
4 animasiya filmi göndərilib. Seçim ko-mitəsi
münsiflər heyətinin
diqqətinə 15 film təqdim
edib.
“İlin
gənc kinematoqrafı”
milli mükafatı 9 nominasiya üzrə seçilib. “Ən yaxşı bədii film”
no-minasiyasında rejissor
Fariz Əhmədovun “Mayak”, “Ən yaxşı sənədli
film” üzrə rejissor
Sey-ran Mahmudoğlunun
“Neft adamı”, “Ən yaxşı animasiya filmi” üzrə rejissor İlkin Yusifin “13” filmləri mükafata layiq görülüb.
Emin Əfəndiyev (“Yuva”) “Ən yaxşı gənc rejissor”, Elnur Əliyev (“Alınmaz qalanın qəhrə-manları”) “Ən
yaxşı gənc prodüser”, Möhsün Quliyev (“Piyada”) “Ən yaxşı gənc ssenarist”, Rauf Qurbanəliyev (“Paradoks”) “Ən yaxşı gənc operator”,
Firudin Allahverdiyev (“Yuva”) “Ən yaxşı film musiqisi müəllifi” nominasiyalarında
mükafatlandırılıblar. “Səssiz opera” fil-minə
görə Rza Əsgərova müsabiqənin
“Xüsusi mükafatı”
təqdim edilib.
Mərasimdə həmçinin Bakı
Film İnstitutunun məzunlarına
sertifikatlar təqdim edilib.
Mədəniyyət.- 2013.- 7 avqust.- S. 5.