İlin altı ayı turizm sektorunda nə ilə yadda qalıb?
Mədəniyyət və Turizm
Nazirliyinin 2013-cü ilin
birinci yarısında
turizm sahəsində gör-düyü işlər
barədə hesabatı
açıqlanıb. Hesabatda bildirilir ki, nazirlik öz
fəaliyyətini ölkə
başçısının mədəniyyət və
turizm sahələrinə
dair imzaladığı
fərman və sərəncamlara, Nazirlər
Kabinetinin göstəriş
və tapşırıqlarına,
mövcud qanunvericiliyə
uyğun olaraq qu-raraq ilin altı
ayında turizmin inkişafı, ölkəmizin
turizm potensialının
dünyada tanıdılma-sı,
Azərbaycanın dünya
turizm məkanına inteqrasiyası istiqamətində
məqsədyönlü işlər
həyata keçirib.
Daxili və xarici turizmin paralel inkişafı
Hesabat dövründə ikitərəfli əməkdaşlıq
sahəsində hökumətlərarası
komissiyaların qə-bul
etdiyi sənədlərin
icrası həyata keçirilib. Nazirlik ölkəmizi
müxtəlif xarici ölkələrdə keçi-rilən
beynəlxalq turizm tədbirlərində təmsil
edib. Bu sırada
MDB ölkələri hökumətlərarası
işçi qrupunun «Böyük İpək Yolu: mədəniyyətlərarası
dostluq bağları» beynəlxalq mədə-ni-turizm
layihəsi üzrə
Sankt-Peterburqda keçirilən
iclası, Ukraynanın
Yalta şəhərində «II Beynəlxalq Qara Dəniz Turizm Forumu» və
QDİƏT-in turizm sahəsində
əməkdaşlıq üzrə
İşçi Qrupunun
növbəti iclasını,
Almaniyanın Frankfurt şəhərində
reallaşdırılan «İ-MEX-2013» işgüzar turizm üzrə beynəlxalq sərgini, Belqradda (Serbiya) Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının
95-ci iclasını qeyd
etmək olar.
Birinci yarımildə ölkə
daxilində turizmin inkişafı istiqamətində
də bir çox işlər görülüb. Mehmanxana və
mehmanxana tipli obyektlərdə monitorinqlərin
keçirilməsi qaydaları
ha-zırlanıb. Müasir turizmdə
böyük önəm
verilən Azərbaycan
Konqres Bürosu təsis edilib. Görülən işlər
arasında Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən, Avstriya Federal Təc-hizat Agentliyi (FTA), Litva Dövlət Turizm Departamenti və benefisiar tərəf kimi Azər-baycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin “Tvinninq” layihəsinin tətbiqini qeyd etmək lazımdır. Layihə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin imkanları-nın
gücləndirilməsi məqsədilə
həyata keçirilir.
Hesabat dövründə Rusiyanın
və Çinin turizm bazarı üzrə araşdırmalar
aparılıb, DTT-nin
«Handbook on Tourism Destination Branding» təlimat
kitabçası təhlil
edilib, eyni za-manda «Product Development» konsepsiyası
əsasında və
TALC (Tourism Area Life Cycle) modeli üzrə Naftalanda turizmin inkişaf perspektivləri qiymətləndirilib.
«Turizm
haqqında» yeni qanunun hazırlanması də hesabat dövründə diqqət
mərkə-zində olub.
Layihə DTT-nin ekspertləri
tərəfindən nəzərdən
keçirildikdən sonra
hazırda Azərbaycan
qanunvericiliyinə uyğunlaşdırılma
mərhələsindədir. Layihədə turizm sahə-sində
sahibkarların istehlakçılar
qarşısında öhdəliklərini
müasir tələblər
səviyyəsində ye-rinə
yetirməsi, xidmət
keyfiyyətinin yaxşılaşdırılması
və aidiyyəti istiqamətlərdə dövlət
tənzimləmə mexanizmlərinin
təkmilləşdirilməsi məsələləri əksini
tapıb.
Bu ilin
aprelindən ölkəmizə
gələn turistlər
üçün elektron
vizanın tətbiqinə
başlanılması da
ötən dövrün
yaddaqalan hadisələrindəndir.
Beynəlxalq tədbirlər,
infotur və monitorinqlər
İlin birinci yarısında Azərbaycan turizmlə bağlı müxtəlif
tədbirlərə ev sahibliyi edib. İpək Yolu üzərində
davamlı turizmin inkişafının dəstəklənməsi
və DTT-nin İpək Yolu tə-şəbbüsü çərçivəsində
əməkdaşlığın genişləndirilməsi məqsədilə
Bakıda DTT İpək
Yolu İşçi Qrupunun 3-cü toplantısı,
DTT-nin «MDB ölkələri
və Gürcüstan
üçün turizm
statisti-kası sahəsində
bilik səviyyəsinin
artırılması Proqramı»
çərçivəsində 3-cü (sonuncu) se-minarı keçirilib.
Ötən müddət ölkənin
müxtəlif bölgələrinə
infoturlarla da zəngin olub. “Şahdağ” Qış-Yay
Turizm Kompleksinə, təmir-bərpadan sonra
"Atəşgah məbədi"
Dövlət Tarix-Memar-lıq
Qoruğuna, «Kulinariya turu» mədəni turizm marşrutunun hazırlanması və pasport-laşdırılması məqsədilə cənub
bölgəsinə infoturlar
təşkil olunub.
Eyni zamanda, Azərbaycanın
turizm potensialının
təbliği məqsədilə
ölkəmizə 12 info-tur
və press-tur təşkil olunub. Almaniyanın, Avstriyanın,
Küveytin, İtaliyanın,
Rusiya və Ukraynanın aparıcı
turizm şirkətlərinin
nümayəndələri Azərbaycana
gəlib.
Yanvar-iyun ayları ərzində
29 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə, 33 hüquqi və fiziki şəxsə isə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti
ilə məşğul
ol-maq üçün
lisenziya verilib. Hazırda respublikada 226 turizm şirkəti, 235 mehmanxana
və mehmanxana tipli obyekt lisenziya
əsasında fəaliyyət
göstərir. Bir neçə
turizm şirkəti və mehmanxananın lisenziyası dayandırılıb.
Hər il olduğu kimi, bu il
də yay turizm mövsümünün
başlanması ilə
bağlı bölgələrdə
fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli obyektlərdə hazırlıq
səviyyəsinin yoxlanması
və turistlərə
göstəriləcək xidmətin
qiymətlərinin araşdırılması
məqsədilə Ba-kı-Tərtər,
Bakı-Xaçmaz, Bakı-Astara,
Bakı-Balakən və
Bakı-Qazax istiqamətində
yerlə-şən mehmanxana
və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib.
Ölkəmizin turizm imkanları 15 sərgidə
nümayiş olunub
2013-cü ilin 6 ayı ərzində Mədəniyyət
və Turizm Nazirliyi ölkəmizi 15 beynəlxalq tu-rizm sərgisində təmsil edib. Nazirlik yerli turizm şirkətləri
və mehmanxanalarla birgə «The New York Times Travel Show-2013», İstanbulda «EMİTT-2013», Tehranda
«HT&T 6th Iran Hotel, Travel and Tourism», Madriddə
«FİTUR», Müluzda «Festivas»,
Strasburqda, Milanda
«BİT-2013», Berlində «İTB Berlin-2013»,
Moskvada «MİTT-2013», Kiyevdə
«UİTT-2013», Pekində «COTTM-2013», Tbilisidə «Caucasus Tourism Fair- 2013», Almatıda «KİTF-2013» və
Dubayda «ATM-2013» beynəlxalq
turizm sərgilə-rində
iştirak edib.
Eyni zamanda bu ilin 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində
XII Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi
(AİTF-2013) keçirilib. 62 turizm istiqamətini təqdim edən «AİTF-2013»
sərgisi dünyanın
35 ölkəsindən 251 şirkət
və təşkilatı
qəbul edib. Sərgidə ölkəmizin turizm
potensiallı 22 regionu
xüsusi stendlə təmsil olunub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 7 avqust.- S. 6.