Rəssam insanı kəşf etməyi
bacarmalıdır
“Elə əsərlər yaratmalısan
ki, sevilsin, diqqət çəksin və yaddaşlarda qalsın”
Tanınmış
fırça ustası, Azərbaycanın Əməkdar
rəssamı Sakit Məmmədov avqustun 5-də 55 yaşını
qeyd etdi. İlk rəsmlərini 10 yaşında
çəkməyə başlayan sənətkarın
əsərləri bu gün bir çox ölkələrdə
nüfuzlu kolleksiyalarda yer alaraq müəllifə şöhrət
qazandırıb. Sənətkarın
şan-şöhrəti isə təmsil etdiyi ölkənin,
xalqın, onun mədəniyyəti-nin tanınması, təbliğ
olunması deməkdir.
Sakit Məmmədov
1958-ci ildə Neftçalada anadan olub. 1978-ci ildə
Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini, 1987-ci ildə İ.E.Repin adına Leninqrad
(Sankt-Peterburq) Rəssamlıq Akademiyasının rəngkarlıq
fakültəsini fərq-lənmə diplomu ilə bitirib. 1983-cü ildən müxtəlif sərgilərdə
iştirak edir. Əsərləri İstanbul, Krakov, Vyana,
Stok-holm, Moskva, Florensiya və s. şəhərlərdə,
mötəbər müsabiqələrdə uğurla nümayiş
olunub.
Ad gününün
səhəri rəssamla şəxsi ev-muzeyində görüşdük.
100-dən artıq əsərinin yer aldığı
məkan nağıllar aləmini xatırladır. Fırçanın sehrli rənglər dünyası
və rəssamın müxtəlif mövzularda yaratdığı
bənzərsiz, bir-birin-dən fərqli əsərlər insanı
fəlsəfi düşüncələrə qərq edir.
Muzeyin birinci mərtəbəsində yaradılan
fotoarxiv də tarixə səyahətdir. Burada
dünyanın tanınmış ictimai-siyasi xadimlərindən
mədəniyyətimizin görkəmli simalarınadək bir
çox şəxslərin fotolarına rast gəlmək olar.
- Sizinlə müsahibə
üçün zəng edəndə ad gününüzü
dostlarınızla qeyd edəcəyinizi vurğuladınız.
Bu günü kimlərlə qeyd etdiniz?
- Ad günüm çox maraqlı
keçdi. Əslində elə burada, ev-muzeyimdə
bir sərgi keçirməyi düşünürdüm.
Amma sonradan planlarım dəyişdi. Çünki yay mövsümüdür, dostlarımın
əksəriyyəti Bakıda deyil. Elə
bu səbəbdən də sərgini payıza saxlamalı oldum.
Ad günümdə mənə ən yaxın
insanlar bir araya gəldi. Onların sırasında Xalq
rəs-samı Tahir Salahov, “Dədə Qorqud” Fondunun prezidenti
Eldar İsmayılov, “1969” rəsm qalereyasının rəhbəri
El-çin Orucov və digər dost-tanışlar var idi.
- Bəlkə planlaşdırdığınız
sərgi ilə bağlı bir az ətraflı
məlumat verəsiniz?
- Sərgi həm Bakıda, həm
də Moskvada təşkil olunacaq. Tələbələrim
də sərgidə iştirak edəcək. Bu böyük bir la-yihədir. Bir
müddət əvvəl paytaxtımızda belə bir sərgi
keçirildi - “Bakı gənc rus rəssamlarının
gözü ilə”. O zaman mən Rusiyadan gələn
tələbələrə ustad dərsləri keçdim. İndi də bizim gənc rəssamlar Moskvaya dəvət
olunublar və onların sırasında mənim də tələbələrim
var. Gənclər Moskvanın ən görkəmli məkanlarını
rəsmlərə köçürə-cəklər. Mədəni əlaqələrin inkişafına xidmət
edən bu layihə “Səyyar Akademiya” adlanır və Heydər
Əliyev Fondu-nun Rusiya nümayəndəliyinin təşkilatçılığı
ilə keçirilir. Layihədə iştirak
edəcək tələbələrimə çox inanıram.
Bu ya-xınlarda onlardan bir neçəsi Türkiyədən
mükafatla qayıdıb. Beş tələbəm
birinci yeri qazanaraq “Dolmabahçe” sa-rayının mükafatlarına
layiq görülüblər. Həmin
tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə
həsr edil-mişdi.
- Sizdən dərs almaq istəyən
tələbələri necə seçirsiniz?
- Əvvəllər
gənc rəssamları yanıma gətirəndə baxırdım,
əgər həvəs və bacarıqları varsa, onları
qəbul edirdim. İndi isə bu işi
tələbələrimə həvalə etmişəm.
Çünki bilirəm, mən bu işi onlara
elə öyrətmişəm ki, istənilən şagirdə
mənim öyrədə biləcəyim qədər rəssamlığın
sirlərini, biliklərini aşılaya bilərlər. Yanıma əsasən 17 yaşdan yuxarı gənclər
gəlir. Onlara kompozisiya qurmaq barədə,
həmçinin portret çətin janr olduğu
üçün bu yöndə istiqamət verirəm. Ümumilikdə isə rəssamlıq elə bir
sənət növüdür ki, burada nə isə öyrədilmir,
öyrənilir. Vaxtilə mən
özüm də çox rəssamlardan öyrənmişəm.
Bir rəssamla kifayətlənmək mümkün
deyil. Ümumiləşdirilmiş formada hamısı-na
baxıb özünü tapmalısan. Adi
uşaq da ailədə həm atasına, həm anasına oxşayır,
sənət də belədir.
- Rəssamlığın bilmədiyiniz
sirri qalıbmı?
- Bu sənət elə bir dəryadır
ki, hər gün yeni nələrsə kəşf edirsən. Kim desə ki, sənətin bütün sirlərini
tapmışam, demək həmin insan üçün sənət
ölüb. İstər 35 yaşında
olsun, istərsə də 50-60 yaşında, insan hər zaman
axtarış-da olmalıdır. Bizim emalatxananın
özü bir laboratoriyadır. Biz rəssamlar
bu laboratoriyalarda öz kəşflərimizi edi-rik. Bir cür qaş, bir cür göz taparaq daim bununla
işləmək düzgün deyil. Tanrı
da insanları müxtəlif cür yaradıb. Göz görmək üçün funksiyadır,
əgər Tanrı məsləhət bilsəydi, bütün
insanların gözlərini eyni cür yaradardı. Fərqli yaratdı ki, dünya gözəl olsun, maraqlı
olsun, sevgi olsun. Əgər bütün insanlar
bir-birinə oxşasaydılar, onda həyat maraqsız olardı.
Sevgi olması üçün Allah insanları
müxtəlif görkəmdə yaratdı. Rəssamlıqda da belədir. Əgər
bir rəssamın sərgisində 60-70 əsərin hamısı
bir-birinə oxşayırsa, oradan uzaqlaşandan sonra insanın
yaddaşında heç nə qalmaz. Elə
əsərlər yaratmalısan ki, sevilsin, diqqət
çəksin və yaddaşlarda qalsın. İnsanların zövqünü korlamamalısan.
Gözəl portret xətrinə rəsm
çəkməməlisən. Portret janrında
əsər yaradarkən çalışmalısan ki, həmin
insanın psixoloji dünyasını çatdıra biləsən.
Hər insan bir dünyadır və ona görə
də mən bütün insanları çox sevirəm.
Mənim üçün fərqi yoxdur ki, o insan
hansı kateqoriyaya aiddir. Allah onu yaradanda
şah, yaxud nökər olaraq yaratmadı. İnsanları biz kateqoriyalara böldük. Ona görə də mən insanları Tanrının
yaratdığı varlıq kimi sevirəm. Bir anlığa təsəvvür edin, bəzən
insan özü-özünü belə başa düşmür,
belə olan halda biz necə qarşımız-dakına qiymət
verə bilərik. Rəssam insanı
kəşf etməyi bacarmalıdır, onun dünyasını
aça bilməlidir.
- Saysız-hesabsız mükafatlara
sahibsiniz. Bunların içərisində sizə
ən əzizi hansıdır?
- Yaratdığım Dədə
Qorqud obrazına görə “Dədə Qorqud” Fondu tərəfindən
layiq görüldüyüm mükafat mənim
üçün çox əzizdir. Fond məni
“Dədə Qorqud” mükafatı və “Vətən övladı”
ordeni ilə təltif etdi. “Vətən
övladı” orde-nini almaq çox məsuliyyətlidir. Milli Qəhrəman Mübariz İbrahimovun layiq
görüldüyü bir ordenin mənə təqdim
edil-məsi, sözsüz ki, qarşımda böyük məsuliyyətlər
qoyur. Bu ordenə Tahir Salahov, Ziya Bünyadov
kimi şəxsiyyətlə-rimiz layiq görülüblər.
Digər sevimli bir mükafatım Rusiya İmperator
Akademiyasının akademiki seçilməyim oldu. Mən Rusiyada təhsil almışam və bu hadisə
həmin ölkəyə bir növ hesabatım idi. 2011-ci ildə Moskva şəhərində keçirilən
5-ci "Ənənələr və müasirlik" beynəlxalq
incəsənət festivalında rəssamlıqda ənənəni
qoruduğuma və öz dəst-xəttimin orijinallığına
görə beynəlxalq “Vera” mükafatına layiq görüldüm
və Rusiya Rəssamlıq Akademiyası-nın fəxri üzvü
seçildim. Akademiya 1757-ci ildə yaranıb,
indiyə qədər 112 nəfər üzvü olub. Mükafatlarım çoxdur və hər birinin
öz yeri var. Mən qazandığım mükafatlara bir tamaşaçı
kimi baxıram. Mənə belə gəlir
ki, bu müka-fatları mən yox, Nəsimi demişkən,
içimdəki “mən” qazanıb.
- Sakit müəllim sabahı necə
düşünür?
- Sabah mənim düşündüyüm
kimi olsaydı, hər şey gözəl olardı. Bəlkə də heç gözəl də olmazdı.
Çünki hər şe-yin doğrusunu Allah
bilir. Təbii ki, biz insanlar həmişə
sabaha planlarımızla gedirik. Amma Tanrı
kimə nə qədər ömür və hansı tale yolunu
yazıb, bilmək olmaz. Əlbəttə,
gələcəyə çalışaraq, zəhmətlə
və yeni uğurlarla getmək istəyirəm. Müəyyən layihələr var ki, onları reallaşdırmaq
arzusundayam. Tahir Salahov həmişə deyir
ki, heç vaxt heç bir şeyi arzulama, başını
sal aşağı işini gör. Əgər
arzun həyata keçməzsə, o arzu bir varlıq kimi
itəcək, sənə böyük mənəvi zərbə
vuracaq. Elə et ki, sabah arzunu itirəndə,
o sənə kədər gətirməsin. Elə
buna görə də məq-sədim budur ki, həmin fikri
rəhbər tutaraq yeni əsərlər yaradım.
Gənc tələbələrim var ki, gələcəyin parlaq
rəs-samları ola bilərlər, istəyirəm
onlara vaxt ayırım, onların zəhmətini çəkim.
Digər tərəfdən, gözəl planlar
var, onla-ra hazırlaşmalıyam. Avqustun
22-də bir çox rəssamlarımızın iştirakı
ilə “Bakının işıqları” adlı sərgi keçiriləcək.
Bu sərgi Bakıdan sonra Almaniyada nümayiş
olunacaq. 2014-cü ildə əlçatmaz
bir sərgim nümayiş olunacaq. Saban-çı
Muzeyi mənim əsərlərimi qəbul edib və indiyə
qədər həmin zalda Pablo Pikassonun, Rembrandtın, Renuarın
və digər dünya şöhrətli rəssamların
əsərləri nümayiş olunub. Yaxın
gələcəkdə Londonda və Luvr muzeyində sər-gilərimin
keçirilməsi planlaşdırılır. Əlbəttə,
bütün bu işlərdə mənə yaxından dəstək
olan insanlar var. Mədəniyyət və Turizm Nazirliyinə,
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna
sənətimdə mənə dəstək olduqları
üçün minnətdarlığımı bildirərək
qeyd etmək istərdim ki, şükürlər olsun, bu
gün Azərbaycan öz mədəniyyəti ilə bütün
dünyanı heyran edə bilir. Öz musiqimiz,
rəssamlığımız, milli dəyərlərimizlə
dünyada layiqli yer tuta bilirik. Sözsüz
ki, keçmişə sadiq qalaraq gələcəyə
doğru getməliyik.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 7 avqust.- S. 7.