Qəbələdə beynəlxalq musiqi bayramı yaddaşlarda
iz qoydu
Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə keçirilən
V Qəbələ Beynəlxalq Musiqi Festi-valı iki həftə
ərzində müxtəlif ölkələri təmsil
edən iştirakçılara və sənət bayramını
izləyən çoxsaylı tamaşaçı auditoriyasına
unudulmaz anlar bəxş etdi. İyulun
24-dən avqustun 6-dək davam edən festivala 10-dan
çox ölkədən məşhur kollektiv və ifaçılar,
eləcə də Azərbaycanın tanınmış musiqiçiləri
qatılmışdı.
Qaxda səyyar konsert
Beynəlxalq festivalın ənənəsinə uyğun olaraq bu il də konsert proqramlarından biri Qax
şəhərində gerçəkləşib. Avqustun 1-də Qax şəhərindəki “İçəribazar” Turizm və Mə-dəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kame-ra orkestrinin konserti təqdim edilib.
Konsertin fəxri qonaqları arasında festivalın bədii rəhbərlərindən biri, Bakı Musiqi Aka-demiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, festival iştirakçısı, ABŞ-da yaşayan məşhur pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, professor Oksana Yablonskaya və digər tanınmış
musiqiçilər olub.
Konsertdən əvvəl Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək V Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məlumat verib, festival
çərçivəsində konsertlərdən birinin artıq ikinci ildir ki, Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, 2010-cu ildə yaradılan Bakı Musiqi Akademiyasının gənclər kamera or-kestrinin heyətinə beynəlxalq müsabiqələr laureatları, istedadlı ifaçılar daxildir. Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, direktoru tanınmış pianoçu, Xalq artisti Ye-ganə Axundovadır. Kollektivin repertuarında Azərbaycan, Qərbi Avropa və rus bəstə-karlarının əsərləri yer alır. Kamera orkestri ilə SSRİ xalq artistləri Fərhad Bədəlbəyli, Fi-dan Qasımova, Azərbaycanın xalq artistləri Xuraman Qasımova, Sərvər Qəniyev, Mu-rad Adıgözəlzadə və digər tanınmış
ifaçılar çıxış ediblər. Kollektiv İtaliya, Fransa, Türki-yə, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə uğurla
çıxış
edib.
Konsertdə Müslüm Maqomayevin “Azərbaycan”, Soltan Hacıbəyovun “Skerso”, Fikrət Əmirovun “Nizami simfoniyası”, Niyazinin “Arzu”, E.Qriqin “Holberq dövründən” süitası, Ernesto de Kurtisin “Sorentoya qayıt” və digər əsərlər, habelə Azərbaycan xalq mahnı-ları ifa olunub. Solistlər Məhərrəm Hüseynli, Azər Rzazadə, Afaq Abbasova və Nigar Şabanovanın ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Dünya
şöhrətli orkestr festivala rəng qatdı
V Qəbələ
Beynəlxalq Musiqi Festivalında iştirak edən tanınmış
kollektivlərdən biri də “Yeni Rusiya” Dövlət Simfonik
Orkestri idi. Orkestr avqustun 1-i, 2-si, 4-ü
və 5-də rən-garəng konsert proqramları ilə
çıxış edib.
Xalq artisti,
“Şöhrət” ordenli, Prezident təqaüdçüsü
Rauf Abdullayevin dirijorluğu ilə keçirilən ilk konsertdə
orkestr Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının
əsərlərin-dən parçalar səsləndirib.
Konsertdə M.İ.Qlinkanın “Ruslan və Lyudmila”
operasından, S.Prokofyevin “Romeo və Cülyetta” baletindən,
Q.Qarayevin “Leyli və Məcnun”, A.Məli-kovun “Nağıl”
simfonik poemasından parçalar ifa olunub. Dünya
şöhrətli kollektiv tama-şaçılara və xarici
ölkələrdən Qəbələyə gəlmiş turistlərə
unudulmaz gecə bəxş edib.
“Yeni Rusiya” Dövlət
Simfonik Orkestrinin avqustun 2-də təqdim edilən konserti
də Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə baş tutub.
Proqramda klassik rus və Avropa bəstəkarlarının
əsərlərindən parçalar ifa olunub.
Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti,
tanınmış pianoçu Murad Adıgözəlzadə
orkestrin müşayiəti ilə Lüdviq van Bethovenin “Eqmont”
uvertürasını, eləcə də “Yeddinci simfoniya”
və digər əsərlərindən parçaları
təqdim edib, gözəl ifası ilə dinləyicilərin
qəlbinə yol tapıb.
Avqustun 4-də “Yeni
Rusiya” Dövlət Simfonik Orkestrinin növbəti konserti Madrid
Döv-lət Uşaq Xorunun bədii rəhbəri Quintas Borjanın
dirijorluğu ilə gerçəkləşib. Bu dəfə də proqramda rus və Avropa bəstəkarlarının
əsərlərindən parçalar səsləndirilib.
Orkestrin müşayiəti ilə
Pyotr Çaykovskinin “Allegro brilliante”, “Andante non broppo”, “Allegro
con fuoco”, Paul Dükanın “Sehirbazın şagirdi”
əsərləri, eləcə də Moris Ravelin “Dafnis və
Xloya” baletindən süita təqdim olunub. Tanınmış
rusiyalı pianoçu, ABŞ-dakı Culian Musiqi Akademiyasının
professoru Oksana Yablonskayanın gözəl çıxışı
alqışlar-la qarşılanıb.
Avqustun 5-də musiqisevərlər
“Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin müşayiəti
ilə “Atalar və oğullar” adlı konsert proqramını
izləyiblər. Orkestrin bədii rəhbəri və
baş diri-joru, “Moskva solistləri” kamera ansamblının yaradıcısı,
“Qremmi” mükafatı laureatı Yu-ri Başmetin rəhbərliyi
ilə keçirilən konsertdə Moris Ravelin “Qaraçı
qız”, Pablo Sarasate-nin “Qaraçı nəğmələri”,
Corc Bize-Rodion Şedrinin “Karmen süitası” və digər
əsərlər səsləndirilib.
Konsertdə müxtəlif nüfuzlu
festivalların iştirakçıları və beynəlxalq
müsabiqələr laureat-ları - tanınmış pianoçular
Nina Koqan, Viktoriya Korçinskaya-Koqan, Kseniya Başmet, skripkaçılar
Daniel Milkis və Elvin Qəniyev çıxış ediblər.
Konsert tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Yeni
Rusiya” Dövlət Simfonik Orkestri 1990-cı ildə yaradılıb.
2010-cu ildə Rusiya Federasiyası Prezidentinin
xüsusi mükafatına layiq görülən orkestrin bədii
rəhbəri dünya şöhrətli musiqiçi Yuri
Başmetdir. Onun rəhbərliyi dövründə
orkestrin fəa-liyyətində yeni səhifə açılıb,
konsert coğrafiyası və repertuarı genişlənib.
Bir çox ölkələr-də konsertlər
verən kollektiv məşhur musiqiçilərlə
əməkdaşlıq edir.
Litvalı
pianoçunun musiqi axşamı
Avqustun 3-də festival
çərçivəsində daha bir yaddaqalan konsert proqramı
olub. Ka-mera musiqisi axşamında müxtəlif nüfuzlu
festivalların iştirakçısı və beynəlxalq
müsabi-qələrin laureatı, tanınmış Litva pianoçusu
xanım Muza Rubaskite tamaşaçılara klassik Avropa bəstəkarlarının,
o cümlədən Lüdviq Van Bethovenin “Sonata”, Ferents Listin
“Venesiya və Neapol”, “Danteni oxuyarkən” əsərlərini
təqdim edib.
Sankt-Peterburqda pianoçuların
beynəlxalq müsabiqəsinin qalibi olmuş Muza Rubas-kite Avropa,
ABŞ, Cənubi Amerika, Asiyanın bir çox şəhərlərində
konsert proqramları ilə çıxış edib. Ötən əsrin 90-cı illərinin sonlarından
tanınmağa başlayan Muza Rubaskite hazırda Litvada müasir
caz, piano ifaçılığının ən parlaq simalarından
biridir. Dünya şöh-rətli pianoçu
indiyədək bir sıra mükafatların laureatı olub.
İfaçılıqla yanaşı, Fransanın
paytaxtı Parisdə pedaqoji fəaliyyətlə də
məşğul olan tanınmış pianoçunun bir
sıra məş-hur səsyazma şirkətlərində musiqi
albomları işıq üzü görüb.
Gənclərin çıxışı tamaşaçıların
qəlbinə yol tapdı
Həmin gün festivalın proqramına
uyğun olaraq Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) gənclər kamera orkestri
açıq səhnədə tamaşaçılara maraqlı
konsert proqramı təqdim edib.
Almaniyanın Köln
Ali Musiqi Məktəbinin tələbəsi, istedadlı
gənc musiqiçi Fuad İbrahi-movun dirijorluğu ilə baş
tutan konsertdə BMA-nın gənclər kamera orkestri klassik
Azər-baycan və Avropa bəstəkarlarının
əsərlərindən parçalar səsləndirib.
Konsertdə Vokalçıların
Bülbül adına V Beynəlxalq Müsabiqəsinin laureatı
Azər Rzaza-də, vokalçı Məhərrəm Hüseynli,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solisti Afaq Abbasova, gənc xanəndə Nigar Şabanova,
Əməkdar artist, Prezident müka-fatçısı Sahib Paşazadə
çıxış edib.
Orkestrin müşayiəti ilə
musiqiçilər Cüzeppe Verdinin “Traviata brindizi”, Edvard Qriqin
“Holberq dövründən”, E.de Kurtisin “Sorentoya qayıt”, Andrea
Biksionun “Parlami d`A-mor”, Georq Fridrix Hendelin “Passakaliya”, Edvard Elqarın
“Salut de Amor”, Astor Pia-zollanın “Fuga misterio”, Fikrət Əmirovun
“Nizami” simfoniyası, Soltan Hacıbəyovun “Skerso”, Niyazinin “Arzu”,
“Qaytağı”, Fərhad Bədəlbəylinin “Dəniz”, Vasif
Adıgözəlovun “Qərənfil”, Müslüm Maqomayevin
“Azərbaycan”, Vaqif Mustafazadənin “Mart”, Tofiq Quliyevin “Əziz
surət” əsərlərini, eləcə də Azərbaycan
xalq mahnılarını təqdim ediblər. Gənclərin
çıxışları alqışlarla qarşılanıb.
Sonda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
direktoru, Xalq artisti Murad Adıgözəlzadənin ifası tamaşaçılara
unudulmaz anlar bəxş edib.
Növbəti kamera musiqisi axşamı
Avqustun 5-də festivalın
proqramına uyğun olaraq daha bir kamera musiqisi axşamı keçirilib.
Konsertdə nüfuzlu festivalların iştirakçıları
və beynəlxalq müsabiqələr laureatla-rı - tanınmış
pianoçular Nina Koqan, Viktoriya Korçinskaya-Koqan, Kseniya
Başmet, ha-belə skripkaçı Daniel Milkis çıxış
edib.
Proqramda klassik Avropa
bəstəkarları Klod Debüssinin, Frans Pulenkin fortepiano
üçün sonataları, eləcə də Frans Şubertin
“Arpeggione” əsərindən parçalar təqdim edilib.
Kamera musiqisi axşamında “Yeni Rusiya”
Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və
baş dirijoru, “Moskva solistləri” kamera ansamblının qurucusu,
“Qremmi” mükafatı-nın sahibi Yuri Başmetin skripkada ifası
tamaşaçılara xüsusi zövq verib.
Musiqi bayramından sonsuz
təəssüratlar
Festivala xarici ölkələrdən
gəlmiş tanınmış musiqiçilər və musiqi
bayramını izləyən əc-nəbi turistlər Heydər
Əliyev Fondunun möhtəşəm mədəniyyət layihəsini
yüksək qiymət-ləndirərək ürək sözlərini
jurnalistlərlə bölüşüblər.
“Bu mənim Azərbaycana
ilk səfərimdir. Qəbələ Beynəlxalq
Musiqi Festivalı haqqında eşitdim və bir tamaşaçı
olaraq bu festivalı yaxından izləmək istədim. Konsertlərdən bö-yük zövq aldım.
Qədim Qəbələ qalası qeyri-adi,
gözəl və əsrarəngiz məkanlardan biri-dir. Xalçalarınız
gözəldir. Hətta xalçalara olan
marağım məni onların istehsal edildiyi müəssisəyə
baş çəkməyə məcbur etdi. Bakıda xalça muzeyinə baş çəkdim.
Bu ecazkar məkana bir daha məmnuniyyətlə
səfər edəcəyəm” - festivalı izləmək
üçün Niderland Krallığından gəlmiş turist
Aliset Vinderlund təəssüratını belə ifadə
edib.
“Bakıya gəldikdən
sonra ölkənizə səfərimin müddətini daha bir
həftə uzatdım. Bu gün Qəbələyə
gəldim. Gözəl atmosfer, təmiz hava,
təbiət, meşə insana fərqli təsir bağışla-yır.
Bu füsunkar ərazilərə yenidən
səyahət etmək istərdim. Burada musiqi
insanı məx-susi cəlb edir. Açıq
hava konsertləri, Yerusəlim Simfonik Orkestri və digər musiqiçilərin
ifasına heyran qaldım. Tanınmış
pianoçu İdil Biretin təqdim etdiyi konsert isə həqiqətən
möhtəşəm idi” - bu isə Niderlanddan gəlmiş
başqa bir turistin - Vim Vanderlindenin ürək sözləridir.
“Azərbaycan xalqının
musiqi duyumu və qonaqpərvərliyi çox yüksəkdir.
Əminəm ki, növbəti illərdə
Qəbələ festivalını izləmək
üçün dünyanın hər yerindən daha çox
turist bu ecazkar məkana axışacaqdır”, - deyə festivalın
iştirakçısı, “Yeni Rusiya” orkestrinin di-rektoru Robert
Buşkov bildirib. Beynəlxalq festivalın paytaxtdan kənarda
keçirilməsini yüksək qiymətləndirən qonaq
incəsənət bayramında müxtəlif mədəniyyətlərin
yüksək səviyyədə təmsil olunduğunu xüsusilə
vurğulayıb: “Festivala ustad sənətkarlarla yanaşı
yerli və xarici gənc musiqiçilərin də cəlb olunması
onların gələcək karyerası üçün
çox vacibdir”.
“Qəbələ Şərq
və Qərb musiqisinin ahəngdarlığını birləşdirən
böyük mədəniyyət mər-kəzinə çevrilir”
- bu sözləri isə Qnesinlər adına
Rusiya Musiqi Akademiyasının dosenti, tanınmış dirijor
Aleksandr Solovyov deyib. Festivalın ərsəyə
gəlməsində Heydər Əliyev Fondunun xidmətlərini
yüksək qiymətləndirən tanınmış rusiyalı
dirijor bu layihənin Azər-baycan mədəniyyətinin
təbliği üçün ən yaxşı fürsət
olduğunu bildirib.
“Azərbaycanda özümü
vətənimdəki kimi hiss edirəm. Adətən
mən xarici səfərlərdə özümü qərib
sayıram və çox tez bir zamanda geri qayıtmaq istəyirəm.
Qəbələ isə mənə çox
fərqli təsir bağışladı. Belə
gözəl təbiətin qoynunda təşkil edilən
möhtəşəm festivala görə Heydər Əliyev
Fonduna təşəkkür edirəm” - “Yeni Rusiya” simfonik orkestrinin
üzvü Yekaterina Qubkova təəssüratını belə
ifadə edib.
“Qəbələ festivalı
tamaşaçıların qəlbində silinməz iz buraxacaq.
Bu gözəl məkanın in-sanları
çox səmimi, qonaqpərvərdirlər. Sizin musiqiçilərlə
tanış oldum, yeni dostlar qa-zandım. Qəbələyə ilk gəlişimdir və bu
günləri heç vaxt unutmayacağam. Gözəl
təbiəti olan Qəbələdə klassik musiqi insanda
xoş ovqat yaradır. Qəbələ festivalına
uzun illər və daha böyük uğurlar arzu edirəm” -
bu isə beynəlxalq müsabiqələr laureatı, tanınmış
lit-valı pianoçu xanım Muza Rubatskitenin ürək
sözləridir.
Mədəniyyət.-
2013.- 7 avqust.- S. 8; 9.