“Hərdən Azərbaycanı
Braziliya ilə müqayisə edirəm”
Azərbaycan əcnəbi turistlərin
gözü ilə
Mark Dupriest: “Səfərim 11 həftəlik nəzərdə
tutulmuşdu. Ancaq mən burada da-ha üç həftə qalmaq, Bakını daha yaxşı gəzmək,
imkan olsa, bölgələrə də
baş çək-mək
istəyirəm”
Turizm mövsümü ilə əlaqədar daha bir layihəyə start vermək qərarına gəldik. Ölkəmiz-də fəaliyyət göstərən
brend hotellərin baş menecerləri ilə müsahibələr
silsiləsindən fərqli
olaraq, “Azərbaycan əcnəbi turistlərin
gözü ilə” rubrikasının qonaqları
məmləkətimizi zi-yarət
edən sadə turistlər olacaq. Onlarla ölkəmizin bu günü, mədəniyyəti,
tarixi, bir söz-lə, səfər
təəssüratları barədə
söhbət edəcəyik.
İlk qonağımızı - Mark Dupriesti
təqdim edirik. Onun ölkəmizə səfəri
həm işgüzar,
həm də istirahət xarakteri daşıyır. Neft-qaz sektorunda
çalışan müsahibimin
ölkəmizlə bağlı
çox maraqlı mülahizələri var.
Həmsöhbətimizdən öncə özü
haqqında məlumat verməsini xahiş etdik.
- Əslən
Birləşmiş Ştatlardanam.
Eyni zamanda Braziliya vətəndaşıyam və
daha çox bu ölkədə yaşayıb işləyirəm.
56 yaşım var, iki uşaq
atasıyam. Həyat yoldaşımla
ayrılmı-şıq. İşim neft-qaz sektoru ilə əlaqəlidir.
Bir çox beynəlxalq şirkətlərdə çalışmışam.
- Ölkəmizdə,
Bakıda olmaqdan məmnunsunuzmu?
- Bəli, məmnun olduğumu əminliklə söyləyə
bilərəm. Bu mənim Azərbaycana ilk səfə-rimdir. Təəssüratlarım da olduqca müsbətdir.
Hərdən Azərbaycanı Braziliya ilə müqayi-sə edirəm.
Burada da insanlar istiqanlıdırlar.
- Nə vaxtdan şəhərimizin
qonağısınız və
qədər qalmağı
planlaşdırırsınız?
- İlk
öncə onu deyim ki, ölkənizə
səfərim çalışdığım
şirkət vasitəsilə
reallaşıb. Səfərim 11 həftəlik nəzərdə
tutulmuşdu. Ancaq mən
burada daha üç həftə qalmaq, Bakını daha yaxşı gəzmək, imkan olsa, bölgələrə
də baş çəkmək istəyirəm.
Məncə, bölgələr də Bakı qədər maraqlıdır.
- Bakı necə, xoşunuza gəldimi? Şəhərin
tarixi yerlərində,
görməli məkanlarında
ola bilmisinizmi?
- Bakının
müasirliyi məni heyran etdi. Ümumiyyətlə, şəhəriniz çox
cəlbedicidir, maraqlı
arxitekturası var. Tarixi
binalar, İçərişəhər,
Qız qalası valehedicidir. Bu şəhərdə sanki
qədimliklə müasirlik
qovuşur. Dəniz kənarında
yerləşməsi, gözəl
bulvar şəhərə
əlavə ya-raşıq
verir. Şəhərinizin gecələri də
eyni dərəcədə
əsrarəngiz və
maraqlıdır. Tarixi yerlər-lə
bağlı isə onu deyə bilərəm
ki, İçərişəhəri
bütünlüklə gəzdim,
muzeylərə baş
çəkdim, suvenir
mağazalarından alış-veriş
etdim. İçərişəhərdəki əntiq mallar
dükanları, xalçalar
mənə çox maraqlı gəldi. Qız qalasına isə qalxa bilmədim, amma çox istərdim. Səbəb isə qalanın
bərpa məqsədilə
bağlanmasıdır. Qız qalasının arxitekturası
möhtəşəmdir.
- Paytaxtın havası necə, xoşunuza gəldimi?
- Buranın havası da özünəməxsusdur. Hava isti
olsa da, xəfif külək şəhərə sərinlik
gə-tirir və insanda xoş əhval yaradır. Məncə,
Bakının küləyi
olmasa, burada hərarət dözül-məz
olar. Yəqin ki, bu həm də şəhərin dəniz
kənarında yerləşməsi
ilə əlaqədardır.
- Azərbaycanı
səfər etdiyiniz digər ölkələrlə
müqayisə etdikdə
hansı mənzərə
ya-ranır?
- Bakı haqqında onu deyə bilərəm ki, təmizlik, xidmət səviyyəsi, arxitektura baxımın-dan
Avropa şəhərlərindən
heç də fərqlənmir. Bakıda mənə qəribə
gələn su içmək üçün
kran-bulaqların olmamasıdır.
İndiyə qədər səfər
etdiyim bütün ölkələrin paytaxtlarında
və böyük şəhərlərində su
içmək üçün
bu cür bulaqlar görmüşəm.
Digər
bir məqam in-sanların yayda, isti havada qalın
paltar, klassik şalvar və köynək geyinməsidir.
Amerika-da
belə istilərdə
şort geyinir, daha yüngül və rahat paltarlardan
istifadə edirlər.
Bunu sa-dəcə müqayisə
üçün deyirəm.
İnsanlarınız mehribandırlar, dünya
görüşləri olduqca
müasirdir. Azərbaycan İslam
öl-kəsi olsa da, burada qatı
dindarlıq yoxdur.
İnsanlar müasir həyat
tərzi sürürlər,
qadınla-rın geyimləri
sərbəstdir. Bütün bunlar
ölkəniz haqqında
müsbət təəssürat
yaradır.
- Bir əcnəbi üçün şəhərimizdə qiymətlər necədir?
- Düzü, mənim üçün o qədər də fərqi yoxdur, çünki bütün səfər xərclərim şirkət tərə-findən qarşılanır (gülür). Ancaq belə xüsusi bahalıq hiss etmirəm, normal demək olar. Bəlkə də bu mənim yaşımla əlaqədardır. Lüks məkanlara o qədər də üz tutmuram, içki içən deyiləm. Yəqin ki, daha çox pul lüks məkanlarda xərclənir. Qiymətlərin mənim üçün normal olmasının digər bir səbəbi də budur.
- Milli mətbəximizdən yəqin ki, dadmısınız.
- Əlbəttə, dadmışam. Yeməkləriniz xoşuma gəldi. Lüləkababı çox bəyəndim. İşlədiyim şirkətdə də milli yeməklərinizdən verirlər. Orada da dadmaq imkanım olur. Ümumi qə-naətim müsbətdir. Bəzi dostlar yeməklərinizin yağlı olduğunu deyirlər, ancaq mən bu fik-ri bölüşmürəm.
- Qonaqpərvərliyin səviyyəsi, ev şəraiti sizi qane edirmi?
- Bu baxımdan heç bir şikayətim yoxdur. Gündəlik istifadə məhsulları, kommunal xid-mətlər də öz qaydasındadır. Dükanlarda istənilən məhsulu tapmaq olur. İnsanlar da yar-dımçı olmağa çalışırlar.
- Sizcə, ölkəmizə səfər edən turistləri məmnun etmək üçün daha nələr edilə bi-lər?
- İstəyirsiniz
bir az
da şikayət edim. Mən Bakıda çimərliklərlə
maraqlandım, ancaq bir dənə də pulsuz çimərlik tapa bilmədim. Bu cür pulsuz, hamıya açıq çimərliklər niyə
ya-ratmırsınız?! Belə çimərliklər bütün
dənizkənarı ölkələrdə
var. Onsuz da turistlər maddi durumundan asılı olaraq, istədiyi xidmət səviyyəsinə
uyğun çimərlik
seçəcək. Bundan əlavə,
dənizdə bir-iki qayıq gözə dəyir. Halbuki su idman növlərini inkişaf etdirmək üçün
geniş imkanlarınız
var. Bakının küləkli
olması da, surfing, yelkənli qayıqlarla idman növ-ləri üçün olduqca münasibdir. Bu həm də turistlərin sevdiyi maraqlı əyləncələrdir.
Eyni zamanda, bu sahədən
yaxşı qazanc da götürə bilərsiniz.
- Hava reysləri, vizanın alınması necə, rahatdırmı?
- Vizanın alınması ilə
bağlı hər hansı narahatlıq yaşamadıq. Online müraciət etdik və yubanma olmadan aldıq. Hava reyslərinə
gəldikdə, yaxşı
olardı ki, Bakıya birbaşa uçuş-ların sayı
artırılsın. Bəzi hallarda
bir neçə reys dəyişmək məcburiyyətində qalırsan.
Sadiq Musa
Mədəniyyət.- 2013.- 7
avqust.- S. 10.