“Nizami
Şərq ədəbiyyatının və mədəniyyətinin
atasıdır”
“Nizami bütün dövrlərin böyük
şairidir. Bu baxımdan onun əsərləri
dünyanın di-gər ölkələrində də
tanınmağa layiqdir. Təəssüf ki, bu qüdrətli
mütəfəkkiri Qərbdə hələ də kifayət
qədər tanımırlar. Bizim də əsas məqsədimiz
Nizaminin irsini dün-yaya yaymaqdır”
Ərəb və
müsəlman dünyasının görkəmli alimlərindən
biri, məşhur İsgəndəriyyə Kitabxanasının
direktoru İsmayıl Seragəldin dünya miqyasında
tanınan şəxsiyyətdir. Tərcü-meyi-halında
çoxsaylı elmi titulları və mükafatları qeyd
olunan alimin 60-dək kitabı, bio-texnika, elmin cəmiyyətə
faydası və s. mövzularda 200-dən çox essesi
müxtəlif dillərdə çap edilib. O, Qahirə
Universitetini mühəndislik ixtisası üzrə bitirdikdən
sonra Harvard Universitetində (ABŞ) magistratura və doktorantura
təhsili alıb. Azərbaycan da daxil olmaqla,
onlarla ölkənin universitetlərinin fəxri doktorudur.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
və Madrid Klubunun həmsədridir. Azərbaycana
rəğbət bəsləyən məşhur alimlə bu
yaxınlarda ölkəmizə səfəri zamanı
görüşüb söhbət etdik.
- Siz Azərbaycan mədəniyyətinə
xüsusi vurğunluğunuzu hər zaman qeyd edirsiniz, eyni
zamanda Azərbaycan reallıqlarının dünyada
yayılmasını dəstəkləyən
insanlardansınız. Maraqlıdır, bu rəğbət
hissi nədən qaynaqlanır?
- Azərbaycana, onun mədəniyyətinə
və ən əsası da insanlarına, gənclərinə
heyranam. Azərbaycan xalqının qonaqpərvərliyi,
dostluq hissləri məni özünə cəlb edir. Mən ümumiyyətlə, dünyanın
bütün mədəniyyətlərinə açıq
insanam. Eyni zamanda, dostluq, rəğbət
bəslədiyim ölkələrdən mənə müxtəlif
maraqlı layihələrlə bağlı əməkdaşlıq
təklifi edirlər. Əlbəttə,
böyük layihələrin, böyük ideyaların hər
biri inkişaf deməkdir. Azərbaycan
reallıqlarının dünyada yayılmasına gəlincə,
düşünürəm ki, alimlər həqiqəti cəmiyyə-tə
və gələcək nəsillərə olduğu kimi
çatdırmalıdır. Misir Ərəb
Respublikası Azərbaycan torpaqlarının işğal
olunması faktını qəbul edir və BMT-nin
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi qətnamələrin icra
olunmasını istəyir. Bu gün Azərbaycanın
20 faiz ərazisi erməni silahlı qüvvələrinin nəzarəti
altındadır. Azərbaycan əhalisinin
ağır müharibə şəraitindən əziyyət
çəkməsinə təəssüf edirəm və
ümid edirəm ki, Qarabağ münaqişəsi tezliklə
sülh yolu ilə həll olunacaq.
- Ərəb və
müsəlman dünyasında elmin yeni inkişaf mərhələsinə
qədəm qoyma-sında böyük əməyi olan görkəmli
alim kimi İslam aləmində Azərbaycanın rolunu ne-cə
dəyərləndirirsiniz?
- Bu gün müsəlmanlar
dünyanın demək olar ki, hər yerində
yaşayırlar, İslam dini Avropaya, Afrika və Amerikaya qədər
yayılıb. Bütün bu müxtəliflik və
zənginlik müasir dün-yada müsəlman aləminin
üzərinə müəyyən öhdəliklər qoyur.
Bu öhdəliklər isə
çalışmaq və öyrənmək, müasir
texnologiyadan yararlanmaqdır. Çünki
müxtəlif millətlərin təmsil olunduğu İslam
ölkələri iqtisadi baxımdan sürətlə
inkişaf etməklə yanaşı, öz dəyərlərini,
mədəni irslərini də yaşadırlar. Azərbaycan da İslam dünyasının bir
parçası kimi çox va-cib ölkədir. Coğrafi baxımdan Şərq və Qərbin
qovşağında yerləşməklə mühüm əhəmiy-yət
daşıyır. Azərbaycan cəmiyyəti
mədəni müxtəlifliyi ilə seçilir, fərqli mədəniyyətlərə
açıqdır. Bu ölkədə
tarixən çox istedadlı insanlar yaşayıb, bu gün
də yaşayırlar. Onlar öz fəaliyyətləri
ilə İslam dünyasına, İslam mədəniyyətinə
töhfələr verirlər.
- Sizin əməkdaşlıq
çərçivəsində həyata keçirdiyiniz
böyük layihələrinizdən biri də Nizami Gəncəvi
Beynəlxalq Mərkəzidir. Mərkəzin əsas
məqsədi nədir?
- Nizami Gəncəvi
heyrətamiz bir şəxsiyyətdir. Azərbaycan
özünün dahi oğlu ilə fəxr edə bilər.
O təkcə əsərləri müxtəlif dillərə
tərcümə olunmuş böyük şair deyil, eyni
zamanda dərin elmi savada malik, dövrünün və
bütün zamanların ən mütərəqqi
insanla-rından biri olub. Nizami
zorakılığın əleyhinə çıxış
edib, hər zaman qadına hörmətlə ya-naşıb.
İnsanlara məsləhət görürdü
ki, başqa mədəniyyətlərə açıq olun və
onlardan öy-rənin. Bunu deməklə
şairin əsas məqsədi bu idi ki, insanlar mədəniyyətlərin
yaratdığı müdriklik incilərindən
yararlansınlar. Nizami filosof, mütəfəkkir
kimi çox qüdrətli bir şəx-siyyətdir. O
bütün dövrlərin böyük şairidir. Bu baxımdan onun əsərləri dünyanın
digər öl-kələrində də tanınmağa
layiqdir. Təəssüf ki, şairi Qərbdə
hələ də kifayət qədər tanımır-lar.
Bizim də əsas məqsədimiz Nizaminin irsini
yaşatmaq və yaymaqdır. Mərkəz
həm də mədəni layihələr, müxtəlif tədbirlər
üçün məkan olmalıdır. Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın bir
sıra mədəniyyət mərkəzləri ilə əməkdaşlıq
edir və gələcəkdə bunu daha da intensivləşdirmək
niyyətindəyik. Mərkəzin həmtəsisçilərindən
olan Madrid Klu-bunun təcrübəsindən, əməkdaşlığından
da faydalanırıq. Çalışırıq
ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə
bütün ölkələri cəlb edək.
- Yeri gəlmişkən, siz “Gəncə
şəhərinin 4 min illik keçmişi” layihəsinin rəhbərisiniz.
Layihənin aktuallığı nədən irəli
gəldi?
- “Gəncə şəhərinin 4 min illik keçmişi” bir tədqiqat layihəsidir. Biz əvvəlcə əldə etdiyi-miz materiallara baxdıq. Bundan əvvəl Gəncənin 2500 il yaşı olduğu bildirilirdi. Lakin şə-hərin yaşı ilə əlaqədar ABŞ-ın Smitson İnstitutunun mütəxəssisləri tərəfindən aparılan analizlərdən bəlli oldu ki, bu tarix daha qədimdir. Gəncənin ən qədim hissəsi Zurnabad deyilən ərazidir. Buradakı qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı mad-dədən nümunə götürülərək Smitson İnstitutuna kimyəvi analizə göndərilib. Həmin analizin nəticəsinə əsasən, Gəncənin 4000 il yaşının olması qənaətinə gəlinib. Gəncə şəhəri-nin 4000 illik keçmişi layihəsinin rəhbərləri mənimlə yanaşı, Latviyanın keçmiş prezidenti Vayra Vike Freiberqa və Smitson İnstitutu Milli Muzeyinin rəhbəri Pol Teylordur. Biz bu materiallara elmi dəyərləndirmədən sonra yenidən baxmalıyıq. Gəncənin yaşı ilə bağlı rəsmi rəy açıqlanandan sonra Azərbaycanın dövlət başçısının buna dair sərəncam im-zalayacağı gözlənilir.
Layihənin vacibliyinə gəlincə, insanlar öz tarixlərini bilməlidir. Məsələn, mən Misirin qə-dim tarixi, erkən sivilizasiyanın meydana gəldiyi məkan olması ilə fəxr edirəm. İnsanlar bilməlidir ki, Gəncə də qədim yaşayış yeri olub və burada da erkən mədəniyyətin izləri mövcuddur. Bu tarixi öyrənmək insanlar üçün vacibdir. Eyni zamanda, Gəncənin yaşı-nın dəqiqləşməsində məqsədlərdən biri də bu şəhərin UNESCO-nun siyahısına salın-masıdır.
- Son zamanlar dünyada mədəniyyətlərin bir araya gəlib dialoq qurması, bir sıra məsələlərin həllinə məhz mədəniyyətlərarası dialoq müstəvisindən yanaşma aktual-laşıb. Siz BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlərarası dialoq üzrə xüsusi səfirisiniz. Bu amilin inkişafı baxımından Nizami Gəncəvi irsinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Nizami Gəncəvinin əsərlərində bu günlə səsləşən ideyalar, yanaşmalar çoxdur. Bunu daha dərindən qavrasaq köhnə stereotipləri dəyişə bilərik. Çünki insanlar qədim siviliza-siyaların toqquşmasından danışır. Lakin Nizamini daha yaxından tanımaqla görə bilərik ki, bu belə deyil. Bizim ümumi cəhətlərimiz var. Dəyərli əsərlərin yaradıcısı olan Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatının inkişafında deyil, eyni zamanda, dünya mədə-niyyətinin inkişafında böyük rol oynayıb. Nizami Şərq ədəbiyyatının və mədəniyyətinin atasıdır. Dünya mədəniyyətinin əfsanəsi, insanlığın ən uca zirvəsinə yüksələn şairin əsərləri də bunu təsdiqləyir. Şekspirin “Romeo və Cülyetta” əsərindən Şərqin romantik əsərlərinə qədər bir çox müəlliflər Nizamidən ilhamlanıblar. Şair bizə qoyub getdiyi irslə başqa mədəniyyətlərə necə açıq olmağı göstərib. Müsəlman dünyası yetişdirdiyi dahi Nizami kimi şəxsiyyətləri ilə bəşəriyyətə böyük töhfələr verib. Bu insanlar öz fəaliyyətləri ilə İslam dininin müxtəlif cəhətlərini göstəriblər. Təəssüf ki, bəziləri bunu unudub və on-lara xatırlatmaq lazımdır.
- Sizin belə bir fikriniz var: “Elm həmişə ideologiyaya qalib gələcək, alimlər həqi-qətləri müəyyənləşdirərək cəmiyyətə çatdırmaqla Şərq və Qərb arasında bir körpü yaratmış olurlar”. Maraqlıdır, Şərq və Qərb arasında dialoq yarana bilərmi? Buna necə nail olmaq olar?
- Bu bir baxışdır, onun tətbiq edilməsi və genişləndirilməsi lazımdır. Deyim ki, elmlər asanlıqla bir araya gəlir. Məsələn, əgər Avstriya, Hindistan, Amerika, Braziliya və Azər-baycandan kimyaçılar bir yerə toplaşsalar, birlikdə kimyadan danışacaqlar və bu elm va-sitəsilə aralarında ümumi bir dil yaranır. Beləliklə, heç bir problem olmur. Lakin biz istə-məzdik ki, yalnız bir mədəni identikliyimiz olsun. Bu çox darıxdırıcı olardı. Düşünün, siz müxtəlif gülləri görmək, quşların səsini dinləmək istəyirsiniz. Ancaq dünyada yalnız bir rəngdə gül görmək, bir mahnı dinləmək çox maraqsız olardı. Mədəniyyətin ölçüsü baxı-mından biz müxtəliflik istəyirik. Elm bizə faktları aşkar etməyə, Şərq və Qərb arasında ümumi körpü yaratmağa kömək edir. Beləliklə, biz elm vasitəsilə körpü qururuq. İdeologiyalar isə mədəni müxtəliflikdən istifadə edərək bu körpünü dağıtmağa cəhd edir. Niza-mi də öz əsərlərində mədəni müxtəlifliyi təbliğ edirdi. O deyirdi: “Mən özümü digər baş-qa mədəniyyətlərə açmışam. Ərəb, fars, yəhudilərdən müdriklik inciləri götürürəm”. Bu o deməkdir ki, bizim hər birimiz müxtəliflikdən faydalana bilərik.
İkinci Dünya müharibəsi zamanı Qərbdə insanlar bir-birilərini öldürür, qana boyayırdı-lar. Müharibədən sonra isə orada gənc nəsil meydana gəldi. İndi məsələn, gənc alman, gənc fransız belə bir müharibənin baş verdiyini təsəvvür də etmir. Digər tərəfdən, “Ümu-mi Avropa” ideyası əsasında sərhədlər aradan götürülür, mədəniyyətlər bir-birinə inteq-rasiya edir. Bunun özü də həm eynilik, həm də müxtəliflikdir. Avropada yaranmış bu və-ziyyət insanların zorakılıq olmadan birgə yaşayışlarını və bir-birilərindən necə öyrənə bilmələrini göstərir. Gördüyünüz kimi, hər yerdə eynilik və müxtəliflik problemi var. Lakin biz problemlərin dostpərvər və demokratik yolla həllini öyrənirik. Bu istiqamətdə də hərəkət etdiyimizə görə daha yaxşı nəticələr əldə edirik. Demək istəyirəm ki, Şərq və Qərb arasında dialoq da sülh, mədəniyyətlərin bir araya gətirilməsi yolu ilə qurulmalıdır.
- Rəhbərlik etdiyiniz İsgəndəriyyə Kitabxanasında Azərbaycana yer ayrılırmı?
- Azərbaycanla Misir arasında elmi əməkdaşlığın inkişafı vacibdir və İsgəndəriyyə Kitabxanası da bu inkişafı dəstəkləyir. Əlbəttə, kitabxanamızda Azərbaycan kitabları var, çünki insanlar bu nəşrləri də oxumaq istəyirlər. İndi internet dünyanı dəyişib. Bu gün biz çox işləri həm də rəqəmsal formada həyata keçiririk. İsgəndəriyyə Kitabxanası bu gün dünyanın ən yaxşı kitabxanası hesab olunur. Qeyd edim ki, mən Dünya Rəqəmsal Ki-tabxanasının sədriyəm. Bu, 17 ölkənin 100 kitabxanasının layihəsidir. Bu sıraya dünya-nın ən böyük kitabxanaları daxildir və biz bu formada mübadilə aparırıq. Eyni zamanda, İsgəndəriyyə Kitabxanası həm də böyük mərkəzdir. Onun 10 elmi-araşdırma institutu var. Kitabxanaya həmçinin 19 muzey daxildir, 4 incəsənət qalereyası, böyük konfrans, kompyuter-informasiya, tədqiqat mərkəzlərimiz fəaliyyət göstərir. San-Fransiskoda in-ternet arxivimizin yeganə surəti mövcuddur. Ümumiyyətlə, dünyanın çoxlu mədəniyyət və araşdırma mərkəzləri ilə əməkdaşlıq edirik, bu sırada Azərbaycanın kitabxana və elm mərkəzlərini də görmək istəyirik.
- Azərbaycana tez-tez gəlirsiniz. İnsanlarımıza nə arzulayardınız?
- Burada özümü evimdəki
kimi hiss edirəm. İnanıram ki, azərbaycanlılar musiqi,
mədəniyyət, ədəbiyyat, elm və texnologiyaya olan
sevgilərini hər zaman yaşadacaqlar. On-lara həmişə
belə olmağı arzu edirəm.
Mehparə
Mədəniyyət.- 2013.- 7
avqust.- S. 11.