Livan saytında Bakuvi haqqında məqalə

 

   Xəbər verdiyimiz kimi, iyulun 2-3-də Bakıda Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfrans barədə bir sıra ölkələrin informasiya vasitələrində maraqlı materiallar yayımlanıb. Professor Zaim Xanşeləvinin Livanın internet portalında yer alanXəlvətiyyə mədəniyyətlər sivilizasiyalararası dialoqun universal fenomeni kimiməqalə bu qəbildəndir.

   AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun xarici əlaqələr şöbəsinin rəhbəri Zöhrə Əliyevanın bildirdiyinə görə, məqalədə Bakuviyə həsr olunan beynəlxalq konfransın əhəmiyyəti diqqətə çatdırılıb.

   Qeyd olunur ki, böyük sufi filosof Seyid Yəhya Bakuvinin əsasını qoyduğu xəlvəti təri-qəti Qafqazdan bütün İslam aləminə - şərqdə Əfqanıstandan başlayaraq qərbdə Əlcə-zair, Anadolu, Şam Misirə qədər yayılıb. Məqalədə 2013-cü ilin UNESCO tərəfindənSeyid Yəhya Bakuvi ilielan edildiyi vurğulanır. Bildirilir ki, yubiley çərçivəsində Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin AMEA ilə birgə təşkil etdiyi konfrans Seyid Yəhya Bakuvinin sufi ruhu irfani dünyagörüşünün təbliği baxımından əhəmiyyətli hadisədir.

 

Mədəniyyət.- 2013.- 7 avqust.- S. 13.