“Fərq”: üç
gənc fotoqrafın sərgisi
Avqustun 3-də “Kiçik QalArt” qalereyasında “Fərq” adlı sərgi açılıb.
Sərgidə üç gənc
fotoqrafın - Səyyarə
Neymətova, Ruslan Ağazadə və Vüsalə Abdullayevanın
20-dən çox əl
işi nümayiş olunur.
Gənclərin fotoqrafiyaya yanaşması
yaşlı nəsil fotoqraflardan fərqlənir.
Onlar dünyanı öz daxili aləmləri prizmasından təsvir edirlər.
Səyyarə Neymətova öz
fotolarında kişi-qadın
münasibətlərini göstərir,
seyrçini gender məsələlərinə
fərqli prizmada yanaşmağa dəvət
edir. Ruslan Ağazadə cəsarətli
eksperi-mentatordur. Fotoqraf təbiət
və insanlar arasındakı əlaqələrə
toxunaraq onları qovuş-durmağa çalışır.
Vüsalə Abdullayeva üçün
fotoqrafiya əsas hərəkətverici qüvvədir.
O, sadəcə kiminsə
şəklini çəkmir,
həmçinin o insanla
söhbətə başlayır,
onun həyatını,
fikirlərini anlamaq istəyir.
Sentyabrın 7-dək davam edəcək
sərginin kuratoru rəssam Faiq Əhməddir.
Mədəniyyət.- 2013.- 7 avqust.- S. 13.