Niyazinin doğum günü qeyd edildi

 

   Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Hacıbəyov-Tağızadənin anadan olmasının 101-ci ildönümü münasibətilə görkəmli sənətkarın xatirəsi anıldı.  

   Həmin gün sənətkarın mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək maestronun məzarı üzərinə tər çiçəklər düzdülər. Görkəmli sənətkarın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Sonra mənzil-muzeydə maestronun anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi.

   Əvvəlcə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova Niyazinin əsərlərini ifa etdi. Muzeyin direktoru Rza Bayramov çıxış edərək bildirdi ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri çox böyükdür. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. O, Azərbaycan bəstəkarlarının əsərlərini dünyada tanıdıb. Onların təbliğində xüsusi rol oynayıb. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Böyük sənətkarın yaradıcılığı əsl məktəbdir gələcək nəsillər üçün bənzərsiz örnəkdir.

   Qeyd olundu ki, Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi Üzeyir bəyin himayəsi altında böyüyüb. Azərbaycan dirijorluq məktəbinin formalaşması inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunub. Görkəmli sənətkarın ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilənAzərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir HacıbəylininKoroğlu Müslüm MaqomayevinNərgizoperalarına dirijorluq edərək əsərlərə, həm onların müəlliflərinə bir daha uğur qazandırıb. Daha sonra Qara Qarayevin Cövdət HacıyevinVətən”, Fikrət ƏmirovunSeviloperalarının, Arif MəlikovunMəhəbbət əfsanəsibaletinin dirijorluğunu da Niyazi edib. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri dirijoru olub.

   Görkəmli sənətkarın adı Azərbaycan bəstəkarlıq məktəbinin məşhur simaları ilə birgə çəkilir. OnunXosrov Şirinoperası, “Zaqatala”, “Azərbaycansüitaları, “Rastsimfonik muğamı, “Qaytağı”, “Konsert valsı s. əsərləri Azərbaycan musiqi mədəniyyətinin inciləri hesab olunur. Maestro görkəmli hind ədibi R.Taqorun süjeti əsasında yazdığıÇitrabaletinə görəCəvahirləl Nehru” mükafatına layiq görülüb.

   Qeyd edək ki, görkəmli sənətkarın doğum günü münasibətilə mənzil-muzeyindəAçıq qapıgünü keçirildi. Gün ərzində ziyarətçilərə Niyazinin taleyi bənzərsiz sənəti haqqında geniş məlumat verildi, musiqi bəstələdiyi filmlərdən fraqmentlər nümayiş olundu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 2.