Opera və Balet Teatrı Bavariya festivalında iştirak edib
Azərbaycan Dövlət Opera və Balet Teatrı
Almaniya səfərindən
qayıdıb. Teatrın kollektivi
Bavariya opera sənəti
festivalının qrand-final
konsertində iştirak
edib. Konsertdə Cavanşir Cəfərovun
dirijorluğu ilə Q.Qarayev, F.Əmirov və M.Musayevin əsərləri, o cümlədən
digər klassik və bəstəkar musiqiləri ifa olunub. Teatrdan onu da bildiriblər
ki, sentyabrın əvvəlindən etibarən
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” tamaşası ilə yeni teatr
mövsümünün açılışı
olacaq.
Mədəniyyət.- 2013.- 21 avqust.- S. 10.