Arşın mal alan”ın 100 illiyi qeyd olunub

 

   Bugünlərdə maestro Niyazinin mənzil-muzeyində Üzeyir HacibəylininArşın mal alanmusiqili komediyasının 100 illiyinə həsr olunan tədbir keçirildi.  

   Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açaraqArşın mal alankomediyasının Azərbaycanda onun hüdudlarından kənarda qazandığı çoxsaylı uğurlardan danışdı. Bildirdi ki, ”Arşın mal alandünyanın üç qitəsini dolaşıb.

   Üzeyir bəy əsəri Peterburq konservatoriyasının tələbəsi ikən yazıb. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edən Stalin nədənArşın mal alan”ın olmadığını soruşur. Bundan sonra təcili əsərin məşqləri başlanır səhnəyə qoyulur. Əsər dörd dəfə Azərbaycanda, bir dəfə Amerikada ekranlaşdırılıb. 1916-1917-ci illərdə Bakıda səssiz film çəkilib. Sonradan bu filmlər ləğv edilib. Səbəb kimi musiqili xarakterə malik filmdə səsin olmaması göstərilib.

    Digər mədəniyyət yadigarlarımız kimi bu ölməz əsər erməni fitnəkarlığına məruz qalıb. Belə ki, 1939-cu ildə Amerikada Ruben Mamulyan əsərierməni folklorundan gələn mövzu kimiekranlaşdırır filmi müxtəlif ölkələrə satmaqla çoxlu pul qazanır. Filmdə ümumiyyətlə, Azərbaycanın Üzeyir bəyin adı çəkilmir. 1945-ci ildə Azərbaycanda bu məsələdən xəbər tutulur, Leşşenko Rza Təhmasib təcili olaraqArşın mal alan”ın çəkilişlərinə başlayırlar. Yuxarıda bəhs edildiyi kimi, film böyük uğur qazanır. Bununla da dünyaca məşhur əsərin Azərbaycana məxsusluğu bir daha sübut olunur.

   Sonra Niyazinin mənzil-muzeyinin şöbə müdiri Xanımbacı Abdinova çıxış edərək bildirdi ki, təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxıb. Film nəinki Azərbaycan, həm sovet kinosuna dünya şöhrəti qazandırıb. Rusiya kinosunun 100 illiyi münasibətilə sovet ekranlarında uzun illər nümayiş olunan xarici ölkə filmləri arasından “100 sevimli film” seçilir. Həmin filmlər üç hissəyə - qızıl, gümüş bürünc siyahılara ayrılır. 1945-ci ildə istehsal olunanArşın mal alankinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi iləQızıl siyahıya daxil edilir. Eyni zamanda 180 ölkədə nümayiş olunur 86 dilə tərcümə olunur. Filmin istehsalı üçün beş milyon manat vəsait xərclənir. Ekran əsəri bu məbləğin qarşılığında 5 milyard manat gəlir gətirir.

   Tədbirin sonundaArşın mal alanfilmindən fraqmentlər slayd-şou nümayiş olundu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 21 avqust.- S. 11.