Gənclər üçün art-texnologiyalar məktəbi

 

   YeniSiədəbiyyat mədəniyyət təzahürləri mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi iləGənc araşdırmaçılar üçünYeniSi” art-texnologiyalar yay məktəbitəşkil edib.  

   Şəki şəhərində baş tutan yay məktəbində gənclər fərdi baxış formalaşdıran, yeni incəsənət araşdırma texnologiyaları öyrədən təlimlərdən faydalanıblar.

   Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov, “YeniSiədəbiyyat mədəniyyət təzahürləri mərkəzinin icraçı direktoru Maral Mustafazadə, təşkilatın media direktoru Aydan Məqsədqızı art-direktoru Heyran Mustafayeva çıxış edərək daim inkişaf edən incəsənətin yeni araşdırıcılarının yetişməsinin əhəmiyyətindən danışıblar.

   Dördgünlük yay məktəbində gənclərTəsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı bu gün”, “Layihələrin yazılması idarə olunması”, “Ədəbi tənqid haqqında. Ədəbi tənqidi necə yazmalı”, “Bloq anlayışı bloqqinqtəlimlərinə qatılıb, qazandıqları bilik bacarıqların nəticəsi kimi fərdi layihələrini təqdim edib, Şəki şəhərinin mədəniyyət abidələri ilə tanış olublar.

   İştirakçılar yeni araşdırma işlərini təqdim edəcək və onlara sertifikat veriləcək.

 

Mədəniyyət.- 2013.- 23 avqust.- S. 5.