“Dağlar
qoynunda”
Rusiya telekanalında bölgələrimiz
haqqında süjet göstərilib
Rusiyanın “Rossiya 24” telekanalının “Xüsusi reportaj” proqramının növbəti buraxılışlarından biri Azərbaycanın görməli yerlərinə həsr edilib.
Telekanalın jurnalisti Anton Borisov “Dağlar qoynunda” adlı reportajda Azərbaycanın dağlıq bölgələri - Quba rayonu, unikal dağ kəndi Xınalıq, Qırmızı qəsəbə, Nabran və Qusar haqqında söhbət açır.
Rusiyalı jurnalist qeyd edir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir - Bakıda Qız qalasından uca göydələnlər, neft buruqları, Xəzər dənizi - bütün bunlar bir-birindən gözəl və cəlbedicidir. Lakin müəllifin fikrincə, Azərbaycanda bunlardan heç də az cəlbedici olmayan başqa uğurlar da var.
Ölkəmizdə
əsrlər boyu sülh
və həmrəylik şəraitində yaşayan
müxtəlif xalqların adət və ənənələri,
Azərbaycanın turizm potensialı, o cümlədən Şahdağ
dağ xizək kompleksi,
insanı coşduran musiqi
və rəqslər, Qubanın alma
bağları, görməli yerlər və yerli sakinlərin ətraflı söhbətləri
- bütün bunlar “Dağlar qoynunda”
reportajında öz əksini tapıb.
Mədəniyyət.- 2013.- 23
avqust.- S. 7.