“Sadiq
bəy Sadiqinin türkdilli
yaradıcılığı”
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimovun “Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı” adlı kitabı nəşr olunub.
“Elm və təhsil” nəşriyyatında
işıq üzü görən kitabda XVI-XVII əsrlərdə
yaşayıb-yaradan Azərbaycan şairi,
ədəbiyyatşünası və rəssamı Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı ilk dəfə olaraq
bütövlükdə tədqiq edilir.
Müəllif müxtəlif mənbələri, şairin əsərlərini ətraflı təhlil
edərək onun poeziyasının ideya-sənətkarlıq
xüsusiyyətlərini, ədəbiyyat tariximizdəki mövqeyi, şəxsi keyfiyyətləri barədə
oxuculara məlumat verir.
Yeni nəşrin redaktorları filologiya üzrə fəlsəfə
doktorları Əkrəm Bağırov və Nailə
Mustafayevadır.
Mədəniyyət.- 2013.- 23
avqust.- S. 10.