Yaltada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert

 

Ukraynanın məşhur kurort şəhəri Yaltada dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub.  

   A.Çexov adına teatrın səhnəsində təşkil olunan konsertdə populyar şou-biznes ulduzları çıxış edib, Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Aparıcı çıxışlararası fasilələrdə musiqiçinin tərcümeyi-halından maraqlı faktlar danışıb. Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri Yuri Zaytsman, Sergey Plyusnin və başqalarının ifasında mahnılar səslənib.

   Konsertin təşkilatçılarının - “Dünya istedadları” fondu kollektivinin fikrincə, bu, böyük artistmusiqiçinin xatirəsinə və istedadına olan ehtiramı nümayiş etdirir.

   Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov gözəl gecəyə görə artistlərə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 2.