Dünya Turizm Təşkilatının Baş Assambleyası Afrikada toplanıb

 

Təşkilatın Avropa Komissiyasının 2014-cü ildə növbəti görüşünün Azərbaycanda keçirilməsi təklifi müzakirə olunub

  

   24-29 avqust tarixində Afrikanın ZambiyaZimbabve respublikalarının birgə təşkilatçılığı ilə Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) 20-ci Baş Assambleyası keçirilir.

   İki ölkənin sərhədində, məşhur Viktoriya şəlaləsinin yaxınlığındakı Livinqston (Zambiya) və Viktoriya-Falls (Zimbabve) şəhərlərində gerçəkləşən beynəlxalq turizm forumunda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edir.

   Avqustun 25-də Zambiyanın Livinqston şəhərində Dünya Turizm Təşkilatının Baş Assambleyası çərçivəsində qurumun Avropa Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

   İclas zamanı Azərbaycanın Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvlüyünə namizədliyinin təsdiqlənməsi təklifi irəli sürülüb. Həmçinin iclas iştirakçıları tərəfindən Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 2014-cü ilin aprel ayına nəzərdə tutulan növbəti görüşünün Azərbaycanda keçirilməsi təklifi müzakirə olunub.

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 3.