Rusiyalı qonaqlar Bakının mədəniyyət məkanları
ilə tanış olublar
Rusiya Federasiyasının Həştərxan şəhərinin Nərimanov rayonundakı ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin şagird və müəllim kollektivi Azərbaycana səfər edib. Qonaqlar paytaxtımızın görməli yerləri ilə tanış olublar.
Dövlət Bayrağı Meydanında onlara bu məkan haqqında, eləcə də “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystall Hall” haqqında məlumat verilib. Heydər Əliyev Mərkəzində qonaqlar ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzeylə maraqla tanış olublar.
Qonaqlar daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər, “Kiçik Karvansara” abidəsinin təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət bağı”nda olublar. Gəzinti zamanı burada aparılan abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Məktəbin kollektivi Qala kəndinə də gedib. Burada Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Antik Əşyalar Muzeyi və digər tarixi abidələrlə tanışlıq qonaqlarda xoş təəssürat oyadıb. Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Həştərxan
məktəbinin kollektivi
İsmayıllı rayonuna da
ikigünlük səfər edib.
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 3.