Xalq artisti Vaqif Mustafayev “Qızıl orden”ə layiq görülüb
Görkəmli rejissor, Azərbaycanın Xalq artisti Vaqif
Mustafayev Ümumdünya
Jurnalistlər İttifaqı
Konfederasiyası, Avropa
Televiziya və Radio Akademiyası və Ukraynanın KİV Assosiasiyasının
“Qızıl orden”inə
layiq görülüb.
Azərbaycan kinorejissoru Çingiz
Aytmatov və Oljas Süleymenovdan sonra bu mükafatla
təltif olunan üçüncü şəxsdir.
Ümumdünya Jurnalistlər İttifaqı
Konfederasiyasının sədri
Viktor Petrenko deyib ki, Vaqif Mustafayev
telejurnalistika sahəsində
xidmətlərinə görə
bu ordenə layiq görülüb.
O, Vaqif Mustafayevin
“Space” telekanalının rəhbəri
kimi fəaliyyətini
yüksək qiymətləndirib,
kinorejissorun ulu öndər Heydər Əliyev haqqında sənədli filmlərini
isə müasir telejurnalistikada tapıntı
kimi dəyərləndirib.
Qeyd edək
ki, Vaqif Mustafayev bu il
Serbiyada “Dünya kino incəsənətinə töhfə”
mükafatına layiq görülüb.
Məşhur italyan rejissoru
Bernardo Bertoluççi
Vaqif Mustafayevin “Yaramaz” bədii filmini
dünyanın ən yaxşı 35 filmi
sırasına aid edib.
Sənətkar kino sənətinin
inkişafında xidmətlərinə görə Azərbaycan
Respublikasının «Şöhrət» və
Gürcüstanın «Şərəf» ordenləri ilə təltif
olunub.
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 4.