Azərbaycandan Rusiyaya yeni turizm marşrutu
Azərbaycan Turizm Assosiasiyası (AzTA) Volqa çayı
üzərində yeni
turizm marşrutunun yaradılmasını və
turistlər üçün
bu çay boyunca gəzintinin təşkilini təklif edib. Assosiasiya sədrinin müşaviri
Müzəffər Ağakərimovun
sözlərinə görə,
bu təklif artıq Rusiyanın Həştərxan Şəhər
Gəmiçilik İdarəsinə
bildirilib və onun reallaşması üçün danışıqlar
aparılır. Layihəyə
görə, turistlər
18 gün ərzində
gəmi ilə Həştərxandan Moskvaya
(Moskva çayı ilə) qədər gedə və geri qayıda bilərlər: «Bu, Volqa çayı üzərində
gözəl bir səyahət olar. Bu barədə danışıqları
bir müddət əvvəl Həştərxan
Gəmiçilik İdarəsi
ilə aparmışdıq.
İndi
biz bu danışıqları
bərpa etmişik».
M.Ağakərimov
deyir ki, hazırda əsas məsələlərdən biri
bu marşrut üzrə xidmətin qiyməti ilə bağlıdır: «Bizim fikrimiz belədir ki, öncədən gəmi icarəyə götürməyək. Əvvəlcə turist qrupları təşkil edək.
Əgər bu səfər
turistlərin xoşuna
gəlsə və maraq artsa, ondan
sonra gəmi icarəyə götürə
bilərik».
M.Ağakərimov bildirib ki, Azərbaycandan Gürcüstanın
Batumi şəhərinə səfərlər də əvvəlcə kiçik
qruplarla təşkil olunub. Bu səfərlərin
nəticəsində artıq
Azərbaycan turistlərinin
Batumiyə marağı
artıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 28
avqust.- S. 6.