Heç kim unudulmur, heçyaddan çıxmır”

 

Sənədli filmin təqdimatı

  

   Beyləqan rayonunda xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində “Heç kim unudulmur, heçyaddan çıxmır” sənədli filminin təqdimatı olub.

   Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanan film Qarabağ döyüşlərində igidlik göstərmiş və Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Ağdaş rayonundan olan qəhrəman oğullarımızın xatirəsinə həsr edilib.

   Mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdaş rayon şöbəsinin sədri İsmayıl Xudiyev, Xocavənd batalyonunun sabiq komandiri Əbülfət Hüseynov və başqaları filmlə bağlı rəy və təkliflərini bildirib, təəssüratlarını bölüşüblər.

 

Mədəniyyət.- 2013.- 28 avqust.- S. 12.