Yeniyetmə pianoçu İtaliyada
beynəlxalq festivalın qalibi olub
Avqustun 24-25-də Rimini şəhərində “Rimini stars- 2013” Beynəlxalq musiqi festivalı keçirilib. Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin üçüncü sinif şagirdi Ayan Məmmədli təmsil edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, yeniyetmə ifaçı müsabiqədə fortepiano nominasiyası üzrə birinci yerə layiq görülüb.
Bundan
əvvəl Ayan Məmmədli cari ilin martında
Estoniyanın Narva şəhərində keçirilmiş musiqi
festivalının da qalibi
olub.
Mədəniyyət.- 2013.- 30
avqust.- S. 2.