Azərbaycan Cəmiyyəti Ukraynada mədəniyyət festivalında iştirak edib

 

Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyəti Xarkov şəhərində Ukraynanın Müstəqillik Gününə (24 avqust) həsr olunmuş milli mədəniyyət festivalında iştirak edib. “Ukrayna, biz hamımız sənin övladlarınıq!” festivalı bu ölkənin Milli Mədəniyyət Birlikləri Assosiasiyası tərəfindən təşkil olunub.

   Dostluq” cəmiyyətinin rəhbəri Murad Ömərov mərasimdəki çıxışında xarkovluları Ukraynanın Müstəqillik Günü və şəhərin alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi ilə əlaqədar təbrik edib. O, Xarkovun azad edilməsi uğrunda azərbaycanlı döyüşçülərin də iştirak etdiyini nəzərə çatdırıb, bu döyüşlərdə həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Yunis Səfərov haqqında söz açıb.

   Festivalda regionun milli mədəniyyət birliklərinin bədii kollektivlərinin konserti, viktorinalar, mükafatlı oyunlar xarkovlulara sevinc bəxş edib. “Dostluq” cəmiyyəti xarkovluları Azərbaycanın mədəniyyəti ilə tanış edib. Ölkəmiz haqqında viktorinanın qaliblərinə mükafatlar təqdim olunub. “Azərbaycan inciləri” rəqs kollektivi milli rəqsimizi ifa edib.

 

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 5.