Bəstəkar ömrünün üfüqləri

 

   Şəki Azərbaycan mədəniyyəti və incəsənətinə görkəmli sənətkarlar bəxş edib. Cövdət Hacıyev, Şəfiqə Axundova, Məmmədsaleh İsmayılov, Emin Sabitoğlu, Şahid Abdulkərimov kimi tanınmış bəstəkarlar Azərbaycanın musiqi xəzinəsinin zənginləşməsinə böyük töhfələr veriblər. Belə sənətkarlar nəslinin davamçılarından biri də istedadlı bəstəkar İsmayıl Əliyevdir.  

   İsmayıl Əliyev 1947-ci il sentyabrın 20-də anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə maraq göstərən İsmayıl 1957-ci ildə Şəki şəhər 7 illik uşaq musiqi məktəbinin tar sinfinə qəbul olunur. Tar ifaçılığının sirlərinə daha dərindən vaqif olmaq üçün 1962-1966-cı illərdə Şəki orta ixtisas musiqi məktəbində təhsil alır. 1966-67-ci illərdə uşaq musiqi məktəbində tar müəllimi kimi fəaliyyətə başlayır. Ancaq ali təhsil almaq, böyük konsert salonlarında, məşhur kollektivlərlə çıxış etmək istəyir. 1967-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur, Adil Gəray, Adil Məmmədov, Kamal Məmmədov, Süleyman Ələsgərov kimi tanınmış sənətkarlardan sənətinin incəliklərini öyrənir. Hələ tələbə ikən Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestrində Hacı Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çıxış edir. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra Şəki orta ixtisas musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlayan İsmayıl Əliyev hazırda pedaqoji fəaliyyətlə yanaşı, xalq çalğı alətləri orkestrinin bədii rəhbəridir.

   İsmayıl Əliyev ilk dəfə 1962-ci ildə şairə Hökümə Büllurinin sözlərinəGəlmahnısını bəstələyib. Sonrakı illərdə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin 170, ulu öndər Heydər Əliyevin 75 illiyinə yazdığı təntənəli odalar sənətkarlıq cəhətdən uğurlu nümunələrdir. Xalq şairi Bəxtiyar Vahabzadənin 70 illiyinə, Azərbaycana, Bakıya, Şəkiyə onun tanınmış insanları - Baba Səmədov, Əmanət Abbasova, Nuriyyə Cəbrayılova, Nargilə Məmmədova, Əhmədiyə Cəbrayılov haqqındaXətrinə dəydi”, “Şahidimiz”, “Bu gün bayramdır”, “Analar”, “Üç telli sazım”, “Bilmirəm qəlbimi açım, açmayım”, “Kaş ki səni sevməyəydim s. mahnılar, eləcə Vətən səsləyir bizihərbi marşı musiqisevərlərin könlünü oxşamaqdadır.

   Bəstəkar müxtəlif teatr tamaşalarına da musiqilər yazıb. Məmməd Şəkilinin Şəki Dram Teatrında tamaşaya qoyulanYaşıl işıq”, Xuraman MəmmədovanınTülkü durnatamaşalarının musiqi tərtibatçısıdır. Bəxtiyar Vahabzadə, İlyas Tapdıq, Vaqif Aslan, Qurtuluş Süleymanov başqa şairlərin şeirlərinə 100-dən çox mahnı bəstələyib.

   İfaçı-dirijor, tarzən İsmayıl Əliyevin rəhbərlik etdiyi musiqi kollektivləri respublika əhəmiyyətli tədbirlərdə nümunəvi çıxışlar edirlər. O, müxtəlif illərdəSəbuhixalq çalğı alətləri ansamblının bədii rəhbəri olmuş, “Zirvəxalq instrumental ansamblına konsertmeysterlik etmişdir. 2010-cu ildən başlayaraq ənənəvi olaraq şəhərimizdə keçirilənİpək yolubeynəlxalq musiqi festivalında İsmayıl Əliyevin rəhbərlik etdiyi Şəki Musiqi Kollecinin xalq çalğı alətləri orkestri xoru uğurla çıxış etmişdir.

   Sənətkar 2010-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı Şəki filialına rəhbərlik edir. 2007-ci ildə bəstəkarın 60, 2012-ci ildə isə 65 illik yubileyləri keçirilib, diplom fəxri fərmanlarla mükafatlandırılıb. Bəstəkar İsmayıl Əliyevə gələcək yaradıcılığında uğurlar diləyirik.

  

   Vaqif Kərimov,

 

   Şəki Şəhər M.F.Axundzadə adına Mərkəzi Mədəniyyət Evinin direktoru

 

Mədəniyyət.- 2013.- 30 avqust.- S. 11.