“Mən Azərbaycan
haqqında nə bilirəm?”
Müsabiqənin
qalibi olmuş
koreyalı və holland tələbələr
ölkəmizə səfər ediblər
Azərbaycan Diplomatik Akademiyasında (ADA) Koreya Respublikasının və Niderland Krallığının müxtəlif universitet və məktəblərinin tələbə və şagirdləri ilə görüş keçirilib. Akademiyanın icraçı prorektoru Fariz İsmayılzadə ali təhsil ocağının Koreya və Niderland universitetləri ilə əlaqələrindən danışıb. Qonaqlara ölkəmizin geosiyasi vəziyyəti, keçdiyi inkişaf yolu barədə məlumat verilib.
Qeyd
edək ki, ADA-nın qonaqları 2010-cu ildə
başlanan “Mən Azərbaycan haqqında
nə bilirəm?” inşa müsabiqəsinin
qalibləridir. Bu layihənin məqsədi
gəncləri Azərbaycan haqqında məlumatlandırmaq, tələbələri
və gənc elm xadimlərini ölkəmizi
daha yaxından tanıtmaq və
respublikamız barədə elmi-tədqiqat fəaliyyətinə
həvəsləndirməkdir.
Mədəniyyət.- 2013.- 30
avqust.- S. 13.