Amerika qəzetində Füzuli,
Cəbrayıl və Qubadlının işğalı
haqqında məqalə dərc edilib
ABŞ-ın Alyaska ştatının əsas qəzeti sayılan “Anchorage Daily News” nəşrinin 25 avqust tarixli nömrəsində ştatın azərbaycanlı icmasının üzvü Cəmilə Skivin (Adışovanın) “Bu həftə Ermənistan tərəfindən etnik azərbaycanlıların öz doğma torpaqlarından qovulmasının ildönümü qeyd edilir” sərlövhəli məqalə-müraciəti dərc olunub.
ABŞ
Azərbaycanlılar Şəbəkəsi kampaniyasına
göndərilmiş müraciətdə 1993-cü il avqustun 23-dən 31-dək
Azərbaycanın Füzuli, Cəbrayıl
və Qubadlı rayonlarının işğal
edilməsindən, BMT Təhlükəsizlik Şurası tərəfindən
Ermənistanın işğalçı hərəkətlərini
pisləyən və işğalçı qoşunların
Azərbaycan ərazisindən çıxarılmasını
tələb edən 874 nömrəli qətnaməsinin qəbul
olunmasından bəhs edilir. Məqalədə
həmin rayonlardan qovulmuş
azərbaycanlıların sayı barədə ətraflı məlumat
verilir. Göstərilir ki,
işğal nəticəsində bu üç rayondan 157 min sakin məcburi köçkün
vəziyyətinə düşüb.
Mədəniyyət.- 2013.- 30 avqust.-
S. 14.